“Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaq…” – NOVRUZ MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, Baş nazirin bununla bağlı “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir:

“Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi. Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır”.

Etikxeber.az

Read Previous

“Qədimdən gələn ailə modelimiz var…” – MƏLAHƏT İBRAHİMQIZI – YENİLƏNİB – (1)

Read Next

“Şirak məni rəsmi səfərə dəvət edən ilk xarici dövlət başçısı olub…” – İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir