Şirakla vida mərasimi başladı… – FOTO

Parisdəki Əlillər Sarayında (Les İnvalides) mərhum Prezident Jak Şirakla vida mərasimi başlayıb.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, son sosial sorğunun nəticələrinə görə, Jak Şirak V Respublikanın ən yaxşı Prezidenti olub.

Onun fransızlara daha yaxın olduğu qeyd edilib.

Fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq.

Vida mərasiminə gələnlərə mərhum Prezidentin ailəsi onun haqqında hazırladıqları kiçik kitabçaları hədiyyə edirlər.

Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum Prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq.

Orada sabiq Prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaq.

Etikxeber.az

Read Previous

“Meşələrin qorunmasına imkan yaranacaq, ağacların nəzarətsiz kəsilməsinə son qoyulacaq” – QƏNİRƏ PAŞAYEVA

Read Next

“Qınayanda bir dönüb özünüzə də baxın…” – MƏLƏKXANIM ƏYYUBOVA QARDAŞI OĞLANLARI İLƏ KÜSÜLÜLÜYƏ SON QOYDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir