Şirkət maşını dərəyə aşdı-XƏSARƏT ALAN VAR – XOCALIDA…

Xocalıda yük avtomobili aşıb.

Etikxeber.az  xəbər verir ki, hadisə Çanaqçı kəndində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki “Gədəbəy Sular” MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili idarə etməni itirərək yol kənarındakı dərəyə aşıb, nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb. Ona ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”-deyə, sonra qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq…Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Daha 22 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir