“Şirməmməd Hüseynov mükafatı”nın qalibi-ARZU ƏLİYEVA VƏ BAKI MEDİA MƏRKƏZİ OLDU

“Şirməmməd Hüseynov mükafatı”nın 2021-ci il üzrə qalibi elan olundu “2021-ci il “Şirməmməd Hüseynov mükafatı”nın qalibi artıq məlumdur.

Etikxeber.az xəbər verir ki, bunu Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib:

“Nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın 2021-ci ildəki qalibi Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva oldu”.

E.Paşasoy əlavə edib ki, ümumilikdə 8 namizəd irəli sürülüb.

“Komissiya üzvləri Zəfər tariximizi səhnələşdirən Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Şuşa, sən azadsan” filminin çox qiymətli bir əsər olduğu barədə yekdil fikrə gəldi. Bakı Media Mərkəzinin son illərdə çəkdiyi filmlər Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Komissiya üzvləri Azərbaycanın baş tacı, Mədəniyyət Paytaxtımız olan Şuşamızın azadlığına həsr olunmuş “Şuşa, sən azadsan” filmini yüksək qiymətləndirərək, yekunda belə bir qərar verdi. Şuşa qələbəsindən bəhs edən bu film təbliğat baxımından da önəmli rol oynayacaq. Bu mənada belə bir sənət incisinin ərsəyə gəlməsində Arzu xanım Əliyevanın rolu xüsusi qeyd olunmalıdır”.

E.Paşasoy qeyd edib ki, 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan tarixi Zəfər, Şuşamızın, digər yurd yerlərimizin azad olunması, 2020-ci ilin 8 Noyabrından sonrakı dönəmdə Qarabağda, Zəngəzurda aparılan böyük quruculuq işləri Azərbaycanın tarixində yeni, şərəfli bir mərhələdir:

“Əmin edirik ki, bu şərəfli mərhələyə təsadüf edən “Şirməmməd Hüseynov mükafatı”nın növbəti qalibləri də hər kəs tərəfindən məmnunluqla qarşılanacaq, Ustadımızın ruhu şad olacaq”.

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistlər Birlyinin İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixli qərarı ilə təsis edilib.

2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı” Moskvada yaşayan həmyerlimiz, diplomat, araşdırmaçı alim Ramiz Abutalıbova verilib.

Etikxeber.az

Read Previous

Pandemiya dövründə nə qədər insan işlə təmin olunub?-MUSA QULİYEV AÇIQLADI

Read Next

Daha 577 yeni yoluxma-DAHA 9 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir