“Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi məlum oldu

Bir müddət öncə Parlament Jurnalistləri Birliyinin (PJB) “Şirməmməd Hüseynov” mükafatı təsis etməsi barədə məlumat vermişdik.

Etikxeber.az-ın xəbərinə görə, Birliyin rəhbəri Elşad Eyvazlı bildirib ki,  artıq  “Şirməmməd Hüseynov” mükafatının  Əsasnaməsi də PJB İdarə Heyətinin qərarı ilə təsdiqlənib:

“Əsasnaməyə görə, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

“Şirməmməd Hüseynov” mükafatı fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olmuş, eləcə də  jurnalistika sahəsinin zənginləşdirilməsi və inkişafına xidmət edən, jurnalistikanın tədrisi sahəsində  qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə veriləcək.

Azərbaycanla bağlı xarici mediada çıxış edən əcnəbi vətəndaşlar və  fəaliyyətində peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlər də namizəd ola bilərlər”.

Etikxeber.az

Read Previous

Yenidən namizədliyinə razılıq verilən YAP-çı deputatların sayı 12-yə çatdı…- YENİLƏNİB

Read Next

30 nəfərlik missiya Azərbaycana gəlir – AŞPA-DAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir