“Kamrana görə çox narahat idim…”-Siyəzənli Qəhrəmanlar ailəsinin üzvü, Əfsanəvi Xüsusi Təyinatlı, 25 yaşlı-KAMRAN İDRİSOVUN QARDAŞI, ÜÇ MEDALLI, MÜHARİBƏ VETERANI SADİQ İDRİSOV – FOTOLAR

12 aprel 2025-ci il tarixində, axşam saatlarında daha bir İgidimizin, Qəhrəmanımızın evində, ocağında, ailəsində oldum…

Daha bir İgidimizi, Qəhrəmanımızı, Vətən sevdalımızı və onun Qəhrəmanlar ailəsini ziyarət etdim…

2000-ci ilin iyulunda Siyəzən rayonunun Ağbaş kəndində-sadə, zəhmətkeş bir ailədə dünyaya gələn keçmiş Xüsusi Təyinatlı, “Qisas” əməliyyatının iştirakçısı və yaralısı Kamran İdrisovun ocağına, ailəsinə baş çəkdim…

Qeyd edim ki, Kamrangil ailədə üç övladdırlar…

İki qardaş, bir bacıdırlar…

Kamran evin sonbeşiyidir…

Ondan böyük və evin birinci övladı olan qardaşı Sadiq 1997-ci il təvəllüdlüdür…

2003-2014-cü illərdə orta məktəbdə oxuyub…

2014-2020-ci illərdə isə ali təhsilə yiyələnib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxuyub…

Ali təhsilini başa vuran kimi-2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb və Ağcabədi rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb…

Azərbaycan Ordusunun, cəmi 3 ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Füzuli Xocavənd istiqamətlərində döyüşüb, müharibədən sonra isə Laçın rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib və 2021-ci ilin yayında Ordudan təxris olunub…

2024-cü ildə ailə həyatı qurub, hazırda Bakı şəhərində yaşayır və işləyir, mərhum nənəsinin adını daşıyan 9 aylıq Gülşən adlı qızı var…

Müharibədən sonra 3 medalla-“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb…

Sadiq deyir ki, “Qisas” əməliyyatı zamanı qardaşına görə ciddi narahatçılıq keçirib:

“Kamrana görə çox narahat idim…Hər an hər şey ola bilərdi…”

Kamrangilin tək bacıları da ail təhsillidir, BDU-nu bitirib…

Kamran özü isə 2006-2017-ci illərdə orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub…

Sonra evinə-ailəsinə dönüb…

2021-ci ildə isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) MAXE kimi fəaliyyətə başlayıb…

2022-ci ilin sentyabr ayında “Qisas” əməliyyatında iştirak edib, Kəlbəcər rayonu istiqamətində ağır yaralanıb, dörd aydan çox ağır müalicə və müayinə alıb…

2023-cü ildə isə səhhəti ilə bağlı Ordudan təxris alınıb…

Və hazırda əlillik dərəcəsi alacağı günü gözləyir…

Kamrangilin yaxın qohumları-atalarının doğmaca əmisi oğlu Pərviz İdrisov isə Birinci Qarabağ Savaşının, 1992-ci ilin Şəhididir.

***

Onu da qeyd edim ki, bu gün-13 aprel 2025-ci il tarixində, axşam saatlarında Qəhrəmalar ailəsinin üzvü olan Kamranın toyudur…

Toy mərasimi bu gün 18:00-da “Damla” şadlıq sarayında baş tutacaq…

Vətən sevdalımız öz kəndlərindən olan bir xanımla ailə həyatı qurur…

Bu xoşbəxt və özəl günü ilə bağlı həm Kamranı, həm də onu bu Vətən üçün layiqli bir vətəndaş kimi yetişdirən ailəsini təbrik etdim, hər birinə gözaydınlığı verdim, “gözünüz aydın olsun!”-dedim…

Eyni zamanda, Qazimizə Allahdan xoşbəxtlik və bəxtəvərlik arzuladım…

Bir ömür boyu xoşbəxt və bəxtəvər olsunlar!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhadətindən 31 il keçən İtkin-məzarsız Birinci Qarabağ Savaşı Şəhidi Əli Quliyevin 50 illiyi ilə bağlı-ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“İşğaldan azad olunmuş torpaqlarımıza qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir…”-İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir