Siyəzəndə orta məktəbə qəbulda yol verilən saxtakarlıqla bağlı-CİNAYƏT İŞİ AÇILDI

Siyəzən şəhəri 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Yusif Ağayevin sənədlərinin 4 №-li uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 №-li tam orta məktəbin 1-ci sinfinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinfə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Etikxeber.az bildirir ki, mətbuata verilən məlumata görə, araşdırma zamanı valideynlərin bu barədə Yusif Ağayevin 1-ci sinfə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinfə buraxılmaması müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Etikxeber.az

Read Previous

Güclü külək əsəcək, duman olacaq, yağış və qar yağacaq-SABAH

Read Next

“Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”-XİN-DƏN PAŞİNYANA CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir