“Siyasi partiyalarla bağlı qanunun yenidən hazırlanmasına, informasiya təhlükəsizliyi barədə yeni qanuna ehtiyac var”-SAHİB ALIYEV HƏMÇİNİN, BİR ÇOX QANUNLARA, O CÜMLƏDƏN, HƏRBİ QANUNVERİCİLİYƏ YENİDƏN BAXILMASINI MƏQSƏDƏUYĞUN SAYIR

Milli Məclisin (MM) üzvü olduğum İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası öncəsi toplantısında da vurğuladım ki, “Siyasi partiyalar haqqıda” mövcud qanunun yenidən hazırlanmasına ehtiyac var. Sosial şəbəkələr media kimi təqdim edilsələr də, əslində platforma funsksiyası yerinə yetirirlər və həmin platformalarda hətta ABŞ-ın keçmiş Prezidenti Trampa qoyulan qadağalar, Vətən savaşı zamanı Hilmət Hacıyevin, Ceyhun Bayramovun, mənim və bir çox həmkarlarımıən əsassız və məqsədyönlü şəkildə “Tvitter” hesablarının bağlanması, statusların paylaşılmasında bəlli çevrələrin maraqlarına uyğun selektivçilik və digər faktlar sosial şəbəkələrlə bağlı yeni qanun layihısinin hazıranmasını zərurui edir.

Bu məsələni əvvələr də qaldırmışam və yenə təkrarlayıram ki, biz kibertəhlükələrin getdikcə artdığı və əsas təhlükəyə çevrildiyi bir dönəmdə yaşadığımızdan beynəlxalq reallıqları nəzərə alaraq, “İnformasiya təhlükəsizliyi haqqıda” yeni bir qanun hazırlamalıyıq.

Bunu Etikxeber.az-a özəl açıqlamasında MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev deyib.

Komitə sədrinin müavini həmçinin deyib ki, hərbi qanunvericilk aktlarına yenidən baxmaq və bir saıra düzəlişlər etmək lazım gələcək.

“İşğaldan azad edilən bölgələrimizdə əmək haqqları və vergi güzəştlərilə bağlı da qanunvericilik aktlarının qəbuluna ehtiyac yaranacağını düşünürəm. Ümumiyytlə, bizim əksər qanunlarımıza yenidən baxılmasına və onların daha da təkmiləşdirlməsinə ehtiyac var ki, bunu cənab Prezident də ötən il parlamentdə etdiyi çıxışında vurğuladı.

Fikrimcə, biz artıq qanunvericilik aktlarının dilinə də nəzər yetirməli, onu daha aydın və üslub baxımından daha təkmil hala salmalıyıq. Ümumiyyətlə, bizim rəsmi dillə bağlı bir sıra problemlər var ki, onlar həllini tapmalıdır. Bizim bədii dil yüksək səviyyədə olsa da, təəssüf ki, informasiya dili kimi, rəsmi dil də hələ tam formalaşmayıb və belə demək mümkünsə, püxtələşmə mərhələsindədir”-deyə, o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 142 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Read Next

Fevralın 1-dək ölkə ərazisində ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir