“Siyasi rəhbərlikdə qarşıdurma var…” – SİYAVUŞ NOVRUZOV

Komitə sədri: Ermənistan onun-bunun yedəyində gedir

Ermənistanda özünü müstəqil dövlət elan etsə də, elə deyil. Halbuki hansısa dövlətin, onun-bunun yedəyində gedir. Bu gün Cənubi Qafqazda, eləcə də postsovet məkanında və Avropada az-az müstəqil dövlət var ki, biri də Azərbaycandır.

Etikxeber.az  xəbər verir ki, bunu parlamentin komitə sədri Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, Ermənistan özü nə xarici siyasətində, nə də daxili siyasətində nə iqtisadi, nə sosial siyasətində hər hansı müstəqil addım ata bilmir:

“Ona görə də orada keçirilən son seçkilər və ondan əvvəlki dövlərdə Erməsnitanın vəziyyətinin günü- gündən ağırlaşdığı dəfələrlə proqnozlarda qeyd olunurdu. Aparılan tədqiqatlar da göstərir ki, ildə 100 mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə, təşkilat işləmir, sosial vəziyyət acınacaqlıdır, orduda qarşıdurma var və bu daha da dərinləşib. Eyni zamanda, siyasi rəhbərlikdə qarşıdurma var. Regionlarası münasibətlər də bir-birinə qarışıb. Bu baxımdan, Ermənistanda seçki öncəsi verilən vədlərin heç 1 %-i də yerinə yetirilməyib və bundan sonra da yetirilməyəcək.

siyaqus

Çünki orada peşəkar siyasətçilər və işi bilənlər yoxdur. Ermənistan təxminən Azərbaycanın 90-cı iləlrini xatırladır ki, kimi gəldi müxtəlif vəzifələrə təyin edirlər. Populyarlıq da cəmi bir-iki ay çəkir. Ona görə populizmlə heç bir məsələsini həll etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxudr. İlkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə, bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur.

Xarici siyasətləri də bərbad vəziyyətdədir. Paşinyan hər ölkədə fərqli fikirlər səsləndirir. Ona görə Ermənistanın xarici siyasəti sıfır vəziyyətindədir. Ordudan yayınmalar həddindən artıq çoxdur. Valideylər öz uşaqlarını Azərbaycan ərazisində xidmət etməyə göndərmir. Sual qoyurlar ki, Dağlıq qarabaq və ətraf ərazilərdə uşaqlarımızın nə işi var?! Odur ki, Ermənistandakı siyasət tam şəkildə iflasa uğrayıb”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

YAP-çı komitə sədri gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırdı

Read Next

“Həmin dövr parlamentinin qızıl dövrü idi…” – BAHAR MURADOVA – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir