“Siyasi vəzifələrlə bağlı qanun qəbul edilməlidir…”-ZİYAFƏT ƏSGƏROVDAN TƏKLİF

Siyasi partiyalarla bağlı qanun keçən əsrin əvvəlində qəbul edilib. Amma bu qanun hazırda siyasi sistemin tam fəlsəfəsinə uyğun gəlmir.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputat Ziyafət Əsgərov deyib.

O, təklif edib ki, siyasi partiyalarla bağlı yeni qanun qəbul edilsin:

“Yeni qanunda yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. İkinci təklifim siyasi vəzifələrlə bağlı qanunun qəbul edilməsi ilə bağlıdır. Bizdə hələ indiyə qədər belə qanun qəbul edilməyib. Bizdə məlum deyil ki, dövlət qulluğunda olan 19 təsnifata daxil olanlardan hansı siyasi vəzifədir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Teymur Rəcəbov Çempionlar Turunda Aronyana-QALİB GƏLDİ…

Read Next

“Övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir…”-QƏNİRƏ PAŞAYEVADAN HƏYACAN TƏBİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir