Siyavuş Novruzov: “İndi də “halal hotel” reklam edirlər,digərləri haramdır?” – YENILƏNİB (1)

“Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?”

“Turizm haqqında” qanun layihəsi birinci oxunuşdan keçdi

Milli Məclisin (MM) mayın 2-də keçirilən növbəti plenar iclasında “Turizm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

hadi racabli-hadi

Qanun layihəsi barədə MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

O, sözügedən sənədin əhəmiyyətindən və vacibliyindən bəhs edib. Qeyd edib ki, belə bir qanuna ciddi ehtiyac duyulur.

abulfes

Qanun layihəsinin müzakirələrinə dəvət olunan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, sözügedən adıçəkilən sənəd nazirliyin, geniş turizm ictimaiyyətinin və parlamentin Sosial siyasət komitəsinin iştirakı ilə bərabər işlənilib:

2Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafında turizmin özünəməxsus rolu olub. Bu işlər cənab prezidentin adı ilə bağlıdır. Son bir ayda qəbul olunmuş qərararlara və sərəncama baxsaq görərik ki, turizmlə bağlı qərarlar inqilabi inkişafa təkan verən qərarlar olub. Bu gün turizm sənayesinin dünya iqtisadiyyatında payı 7, 6 trilyon ABŞ dolları təşkil edib. Bir turistə xidmət etmək üçün 9 nəfərdən 32 nəfərə qədər insanın əməyi tələb olunur. Azərbaycanda hazırda təsis olunmuş Turizm Şurası fəaliyyət göstərir. Onun tərkibində 18 dövlət qurumunun nümayəndəsi çalışır. Bu gün biz bu qanun layihəsinin qəbul edilməsi ilə turizmin çoxşaxəli inkişafı istiqamətində işlər görməliyik. Qeyd edim ki, son 3 ayda ölkəyə 25 faiz daha artıq turist gəlib”.

Nazirin iddiasına görə, son illərdə görülümüş işlərin nəticəsidir ki, vətəndaşları daha çox turizmə üstünlük verən 15 ölkədən Azərbaycana gəlmiş turistlərin sayı təkcə son 3 ayda nəinki 25 faiz, hətta, 36 faiz artıb.

***

siyavush

“Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır”.

Bunu isə deputat Siyavuş Novruzov deyib. O, qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil:

“Bu gün dünyada nələr baş verdiyini hamımız görürük”. S.Novruzovun dediyinə görə, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar: “Ancaq orada nə niyyətlə, necə qaldıqlarını heç kim bilmir. Evi kirayəyə verən heç onların pasportlarının surətini də tələb etmir”. S. Novruzov həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: “İndi də “halal hotel” reklam edirlər. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?”

Birinci vitse-spiker Ziyafət Əsgərov da öz növbəsində bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur:

“Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq”.

Etikxeber.az

Read Previous

“Milli Məclis də bu cür məsələlərə baxsın…” – DEPUTAT

Read Next

“Babək” “Ümid” verəcəkmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir