Siyavuş Novruzov prezidentlə bağlı Ombudsmana mürcaiət etdi

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov ölkə prezidentinin hüquqlarının qorunması ilə bağlı Ombudsman qarşısında məsələ qaldırıb.

Etikxeber.az xəbər verir ki, millət vəkili  bu məsələni parlamentin  bu gün keçirilən plenar iclasında qaldıraraq bildirib ki,  ölkə prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir.

“Öncə deyim ki, prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir. Ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyyətini də yüngülləşdirmiş olur”-deyən millət vəkili sonra insan hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyərək qeyd edib  ki, Azərbaycan prezidentinin hüquqları qanunla qorunur:

“Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bəzi xidmət qurumlarına bazar günü iş salınsın – FAZİL MUSTAFA

Read Next

Namuslu kişi söyüş söyməz – QÜDRƏT HƏSƏNQULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir