Siyavuş Novruzov Rövnəq Abdullayev və Oqtay Əsədovun – MÜDAFİƏSİNƏ QALXDI

Təkcə son zamanlarda hədəfə götürülən məmurlara diqqət yetirdikdə məqsəd daha aydın şəkildə özünü büruzə verir. Milli Məclis haqqında, Milli Məslisin sədri Oqtay Əsədov və parlamentin deputatları, həmçinin SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin və başqalarının haqqında yalan, əsassız  fikirlərin səsləndirilməsində məqsəd onların rəhbərlik etdikləri strukturların Azərbaycanımız üçün gördükləri işlərin əhəmiyyətini azaltmaq,  ictimai  fikirdə çaşqınlıq yaratmaq, ən əsası uğurlarımıza qara eynəkdən baxmaqdır.  Bunu əsasən Avropadakı  “söyüş müxalifəti” və daxildəki əlaltıları həyata keçirir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, «söyüş müxailfəti»nin  bu gün tənqid üçün əsas hədəfə götürdüyü şəxslərdən olan  Oqtay Əsədovun rəhbərlik etdiyi Milli Məclis qanunverici orqan olaraq  ölkəmizin hərtərəfli  inkişafına geniş imkanlar yaradan qanunların  qəbulunda əhəmiyyətli rol oynayır.

“O qanunlar ki, daim yenilənir, təkmilləşir, hər sahədə irəli sürülən təşəbbüslərin gerçəkləşməsinə öz töhfələrini verir. O kəslər Oqtay Əsədov haqqında yazanda ümumilikdə parlamenti gözdən salmaqla və fəaliyyətini inkar etməyə cəhd edirlər. Bu qətiyyən yolverilməzdir. Bunların çirkin məqsədləri hamıya bəllidir. Bu baxımdan ki, hədəf götürdükləri digər şəxsin, Milli Məclisin deputatı Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR-ın ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasına davamlı töhfələrini, dünyanın tanınmış şirkətləri ilə bir sırada addımlamasını, beynəlxalq səviyyədə də etiraf olunduğu kimi, daim uğurun izlədiyini, ölkənin hüdudlarından kənarda reallaşdırdığı investisiya layihələrin ölkəmizə qazandırdığı iqtisadi və siyasi dvidentlərini geniş şərh etməyə ehtiyac yoxdur. 

Təkcə son bir ildə həyata keçirilən layihələrə diqqət yetirmək kifayətdir. Beynəlxalq əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən  olan TANAP-ın, həmçinin Azərbaycan-Türkiyə birliyinin növbəti təzahürü olan «Star» neft emal zavodunun istifadəyə verilməsi, ən əsası 2017-ci ildə  «Yeni əsrin müqaviləsi»nin imzalanması SOCAR-ın beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayır. SOCAR, eyni zamanda,  regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlənən Dövlət proqramlarına uyğun olaraq paytaxt və bölgələrdə mühüm sosial layihələr həyata keçirir.

oqtay-1

SOCAR-ın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəb tikintisində, həmçinin Dövlət Proqramlarına uyğun olaraq digər infrastruktur layihələrinin gerçəkləşdirilməsində öz payı var. Bu şəxslərin yalnız fəaliyyətlərinin deyil ailə üzvlərinə də böhtan atılması artıq onların hansı məqsədi güddüklərini ortaya qoyur: Dövlətə, xalqa xidmət edən və əməli fəaliyyəti ilə Prezidentə sadiqliklərini nümayiş etdirən şəxsləri gözdən salmaq və ictimai fikirdə mənfi rəy yaratmaq.

Uğurlarımıza və onlara öz töhfələrini verən məmurların uğurlu addımlarına diqqət yetirməklə bu ümumiləşdirməni qeyd edə bilərik ki,  xaricdəki ünsürlər və daxildəki əlaltıları hakimiyyətin əsaslarını laxlatmaq və Prezidentin ətrafındakı sadiq insanları hədəfə almaqla onları gözdən salmaq, beləliklə də Prezidentin komandasına xətər yetirməyi düşünürlər. Amma unudurlar ki, həqiqətə həqiqət gözü ilə baxan xalq reallıqların təbliğatçısı olmaqla yanaşı hər kəsin kimliyini, hansı məqsədlər uğrunda mübarizə apardığını daha yaxşı bilir. Xaricdəki iaşə müxalifətinin və onların daxildəki dəstəkçilərinin əməlləri 100 faiz dələduzluq və fırıldaqçılıdır…”-deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

Etikxeber.az   

Read Previous

Xəzər dənizində dalğanın hündürlüyü 4,6 metrə çatdı

Read Next

Dövlət hesabına qəbul planı 4,6 faiz artıb – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir