Siyavuş Novruzov YAP-ın İcra katibinin müavini vəzifəsindən-İSTEFA VERDİ, MM-İN KOMİTƏ SƏDRLİYİNDƏN DƏ GEDƏCƏYİ GÖZLƏNİLİR…

Millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən istefa verib.

Etikxeber.az-ın YAP-ın saytına istinadən verdiyi xəbərə görə, YAP İcra katibinin müavini S. Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib. 

Qeyd edək ki, S. Novruzov YAP İcra katibinin iki müavinindən biri idi.

Həmçinin, YAP-ın İdarə Heyəti və Siyasi Şurasının üzvüdür.

Onun Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədrliyindən də istefa verəcəyi deyilir.

Qeyd edək ki, yaxın dəqiqələrdə YAP-ın İcra katibi-sədr müavini Əli Əhmədovun da məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

General Polad Həşimov haqqında xatirələr kitabı-NƏŞR OLUNDU

Read Next

20 nəfərlik İdarə Heyətindən, 84 nəfərlik Siyasi Şuradan hansı tanınmış YAP-çılar-GEDƏ, UZAQLAŞDIRILA BİLƏR? HAKİM PARTİYANIN QURULTAYA GETMƏSİ İSTİSNA OLUNMUR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir