“Sizi Azərbaycana səfərə dəvət edirəm…”-İLHAM ƏLİYEV ƏHMƏD ƏL-ŞARAAYA TƏBRİK MƏKTUBU GÖNDƏRDİ

Azərbaycan Prezidenti İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır.

Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.

Etikxeber.az

Read Previous

Rüfət Mahmud “İçərişəhər” Qoruğunun sədri-TƏYİN OLUNDU

Read Next

Cənnətdəki beşinci doğum günü olan həm Bakılı, həm də Qazaxlı İkinci Vətən Müharibəsi Şəhidi Davud Qurbanov VƏ YA İKİ OĞLUNU FACİƏLİ ŞƏKİLDƏ İTİRMİŞ, BİR OĞLUNU İSƏ ŞƏHİD VERMİŞ QURBANOVLAR AİLƏSİNİN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir