Skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyuldu-BNA

Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlarımız özünütəcrid tədbirlərinə adekvat davranmırlar.

 Bakı Nəqliyyat Agentliyindən (BNA) Etikxeber.az-a verilən məlumata görə,  “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.

Qeyd edilənləri nəzərə alaraq, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub:

“Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər”.

Etikxeber.az

Read Previous

TACLI ZOLAQ – Rafael Hüseynov yazdı

Read Next

20-dən yuxarı deputat Milli Məclisin sabahkı iclasına QATILMAYACAQ-MUSABƏYOV, İBRAHİMLİ, ƏSƏDOV, MOLLAZADƏ, NAXÇIVANLI, AĞAMALI… – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir