“Sloga Pojeqa”-“Lokomotiv” həndbol oyununu Azərbaycan hakimləri idarə edəcək

Fevralın 25-26-da Serbiyanın Pojeqa şəhərində kişi həndbol komandaları arasında “Challenge Cup” yarışlarının 1/8 mərhələsinin oyunları keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından Etikxeber.az-a bildiriblər ki, “Sloga Pojeqa” (Serbiya)-“Lokomotiv” (Bolqarıstan) oyunu Azərbaycan hakimlərinə tapşırılıb. Görüşü Ernest və Emil Ağakişi qardaşları idarə edəcəklər.

Oyunlar Pojeqadakı “City Sports Hall”da keçiriləcək.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələlərinin statistikası

Read Next

Əliyev cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir