“Qarabağ” “Slovan”-a uduzdu: 0-3 – YENİLƏNİB

Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində səfərdə Çexiyanın “Slovan” komandası ilə qarşılaşır.

Etikxeber.az xəbər verir ki, isveçli baş hakim Stefan Yohannessonun idarə etdiyi oyunda “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Muerrem Muerrem, Dani Kintana, Dino Ndlovu, Arif Daşdəmirov və Miçel yer alıblar.

“Slovan”ın ilk on birliyində isə meydana Martin Dubravka, Ondrjey Karafiat, Radim Breyte, Vladimir Kufal, Nikolay Komliçenko, Lukaş Pokornı, Lukaş Bartoşik, Petr Şevçik, Eqon Vux, Zdenek Folprext və Ubonq Ekpay çıxıblar.

Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”-“Slovan” görüşü 2:2 hesabı ilə başa çatıb. Komandamız İtaliyada “Fiorentina”ya 1:5 hesabı ilə məğlub olsa da, PAOK-u Bakıda 2:0, səfərdə isə 1:0 hesabı ilə məğlub edib.

Hazırda “Fiorentina” klubu 10 xalla “J” qrupunun lideridir. “Qarabağ” 7 xalla ikinci, PAOK 4 xalla üçüncü yerdə qərarlaşıb. Hesabında 1 xal olan “Slovan” sonuncu pillədə yer alıb.

***

Qeyd edək ki, hazırda çexiyalılar 1-0 öndədirlər.

***

Hazırda oyunda hesab 3-0-a çatıb.

Etikxeber.az

Read Previous

Turizm və Menecment Universitetində fransız dili və fransaşünaslıq kursları açılacaq

Read Next

UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirildi – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir