“Söbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır”-MM-DƏN NÖVBƏTİ TƏKZİB

Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılıb. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub.

Milli Məclisin (MM) mətbuat xidmətindən Etikxeber.az-a daxil olan məlumata görə, belə bir yeni şöbənin yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.

“Xatırladırıq ki, belə bir şöbə hələ 2019-cu il 19 noyabrda Milli Məclis Sədrinin 289-5 saylı sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Milli Məclisin işlər müdiri xidmətinin tikinti-təmir işləri sektoru ləğv edilərək əvəzində Milli Məclisin işlər idarəsinin tikinti-təmir şöbəsi yaradılıb. Bir daha vurğulayırıq ki, belə bir şöbənin yeni yaranması ilə bağlı informasiya tamamilə əsassızdır. Jurnalistləri bir daha dəqiqləşdirilməmiş, əsası olmayan bu cür məlumatları yaymaqdan çəkinməyə çağırırıq”– deyə, məlumatda qeyd edilir.

Etikxeber.az

Read Previous

“Neft gəlirlərinin azalması o demək deyil ki, biz qarşıya qoyduğumuz proqramları icra etməyəcəyik…”-ZİYAD SƏMƏDZADƏNİN YENİ YAZISI

Read Next

“28 aprel işğalı ilə bağlı Yalama şəhidlərinin və digər soydaşlarımızın xatirəsi əbədiləşdirilsin”-FAZİL MUSTAFADAN ÖNƏMLİ QƏRAR LAYİHƏSİ – MM-Ə TƏQDİM EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir