SOCAR-a doqquz milyon manat ayrıldı-SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Sərəncama əsasən, Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən, yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin doqquz milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ayrılıb.

Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin SİYAHISI:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilib:

Sıra№-siƏrazi vahidləri
 Gəncə şəhəri
1.Gəncə şəhərində 2 yeni massiv
 Daşkəsən rayonu
1.Aşağı Daşkəsən kəndi
2.Kəmərqaya kəndi
 Göygöl rayonu
1.Toğanalı kəndi
 Samux rayonu
1.Sərkar kəndində yeni massiv

Etikxeber.az

Read Previous

Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı-MARTIN 9-DƏK – RƏSMİ

Read Next

Jalə Əliyeva balaca Nihada görə-MEHRİBAN ƏLİYEVAYA TƏŞƏKKÜR BİLDİRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir