SOCAR-ın dörd vitse-prezidenti vəzifədən-AZAD OLUNDU…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Dövlət Neft Şirkətinin (SOCAR) dörd vitse-prezidentinin vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb.

Etikxeber.az-ın məlumatına görə, sərəncamlara əsasən, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Bəhlul oğlu Hüseynov, vitse-prezident Mikayıl İsmayıl oğlu İsmayılov, vitse-prezident Tofiq Ridvan oğlu Qəhrəmanov və şirkətin emal üzrə vitse-prezidenti David Niyazi oğlu Məmmədov vəzifələrindən azad edilib.

Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur-MİLLƏT VƏKİLİ YAZIR

Read Next

İsmayıllıda toy vaya döndü-BƏYLƏ QARDAŞI BIÇAQLANDI, BƏYİN ATASI İSƏ ÜRƏKTUTMASINDAN DÜNYASINI DƏYİŞDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir