SOCAR “OMV Petrol Ofisi”nin İzmirin Əliağa rayonundakı neft terminalını almaq istəyir

Avstriyanın enerji şirkəti “OMV” Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalını SOCAR-ın rəhbərliyindəki beynəlxalq sərmayəçilərə satmaq üçün razılaşıb.

Etikxeber.az xəbər verir ki, bu barədə “OMV AG”dən edilən şərhdə deyilir.

“OMV Petrol Ofisi A.Ş.”nin Əliağa neft terminalı ildə 200 min kubmetr maye yanacaq saxlama tutumuna malikdir. Terminalın həmçinin 45 min kubmetr mayeləşdirilmiş neft qazı (LPG) saxlama tutumu var.

Əliağa neft emalı zavodunun terminal şəbəkəsi və tədarük zəncirinin məhsuldarlığını artırmaq üçün satmaq qərarı alan “OMV Petrol Ofisi” bu satışı cari ilin sonunadək tamamlanmağı nəzərdə tutur.

Etikxeber.az

Read Previous

Cavid Qurbanov: ” Yaxın günlərdə Qazaxıstanda Azərbaycan logistik mərkəzinin açılışı olacaq”

Read Next

Gürcüstanın yeni parlamentində azərbaycanlı deputatların sayı: 4+1

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir