SOCAR və FHN-dən qaz kəmərindəki partlayışla bağlı rəsmi AÇIQLAMA…

SOCAR Səngəçalda qəsəbəsindəki qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayışın baş verdiyini təsdiqləyib.

SOCAR-dan Etikxeber.az-a verilən məlumata görə, xəsarət alan yoxdur.

Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

****

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Qeyd edək ki, dekabrın 27-də səhər saatlarında Bakının Qaradağ rayonunda diametri 1000-1200 millimetr olan iki qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Etikxeber.az

Read Previous

Yardımlı sakini Biləsuvarda bir ailə tərəfindən vəhşicəsinə qətlə yetirildi – FOTO

Read Next

Hindistana məxsus təyyarə uçuş-eniş zolağından çıxdı- yaralılar var

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir