Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Meydan adamı və yaxud Paşinyan Putini necə pis vəziyyətdə qoydu
Baxıram ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri həm hər iki ölkədə, həm də Azərbaycanda cənab İlham Əliyevin Vladimir Putinlə sentyabrın birində keçirdiyi görüşlə tutuşdurularaq şərh edilir.
İki ölkə arasında əlaqələrin dərinləşməsi və genişlənməsinin başqa birində diqqətlə izlənməklə yanaşı, həm də narazılıq doğurması anormal vəziyyətdir. Amma təəssüf ki, bu, bir reallıqdır və biz görürük ki, Azərbaycan-Rusiya əlaqələrinin sıxlaşması, getdikcə müttəfiqliyə yaxın xarakter alması Ermənistanda qıcıq doğurur. Eləcə də Moskvanın bu işğalçı ölkəyə verdiyi dəstək, özəlliklə də hərbi və hərbi-texniki dəstək bizdə narazılıq yaratmaya bilməz, yaradır da.
Qeyd etdiyim kimi bəli, bu, anormal vəziyyətdir, ancaq onun yaranmasının nə səbəbkarı, nə də günahkarı biz deyilik. Səbəbkarın kimliyi bəllidir, günahkara gəldikdə təkcə dövlət yox, millət kimi də öz varlıqlarını hər hansı bir geosiyasi gücün, fürsət verildiyi təqdirdə isə eyni vaxta bir neçəsinin əlində alət olmaqda görən haylardır. Məhz belə bir xislət yiyələri olmaları səbəbindədir ki, indi regionda bu cür vəziyyət yaranıb və o, istənilən an savaşla nəticələnə bilər.
Nikol Paşinyanın Rusiyaya səfərindən sonra verdiyi açıqlamalar da bu savaş təhlükəsini daha da artırır və eyni zamanda rəsmi Moskvanı pis durumda qoyur. Niyə? Baxın, Paşinyan Putinlə danışıqlardan dərhal sonra Mosvada hay iş adamlarıyla görüşdə nə deyir. Deyir ki, gələcəkdə Dağlıq Qarabağ Ermənsitana birləşdiriləcək. Bir daha vurğulayıram, bu açıqlama Rusiya Prezidentiylə görüşdən dərhal sonra və Moskvada verilir. Aydındır ki, Ermənənistan öz gücünə heç vaxt bunu edə bilməz, etməyə qalxdığı təqdirdə isə bu regionda ola bilər hay qalsın, ancaq Hayastan adı dövlət qalmaz. Onda belə bir təsəvvür yaranır ki, Paşinyan Putinin verdiyi hansısa bir vəddən ruhlanaraq bu cür başından böyük sözlər danışır.
Həm də elə məhz həmin Putin və Merkellə görüşdən sonra Azərbaycan Prezidenti canab İlham Əliyevin olumlu açıqlamasından, Paşinyanın danışıqlarda konstruktiv mövqe tuta biləcəyinə ümidinin olduğunun dilə gətirilməsindən sonra. Ermənistanın konstruktiv yanaşma sərgiləyəcəyi gözlənilən baş naziri isə bir tərəfdən danışıqların formatının dəyişdirləməsini, Dağlıq Qarabağ separatçılarının da tərəf olaraq ora qatılmasını tələb edir, digər tərəfdən isə həmən Dağlıq Qarabağın Ermənstana birləşdiriləcəyi kimi ziddiyyətli və sərəsm fikirlər səsləndirir.
Ola bilməz ki, Rusiya prezidenti onun bu sərsəm və ziddiyyətli fikirlərini dəstəkləsin. Hazırkı reallıqları nəzərə alsaq, ona Rusyanın problemin ancaq sülh yoluyla həllinə çalışacağından başqa hansısa bir vədin verilməsi də inandırıcı deyil. Sadəcə, Paşinyan Putini pis vəziyyətdə qoyur. Həm də təkcə bu məsələdə deyil. Diqqət edin, onunla görüşdə Prezident Putin bildirir ki, Rusiyanın qazı ən ucuz qiymətə satıdı ölkə Ermənistandır. Ermənistana qazın min kubmetri 150 dollara satılır. Paşinyan isə Moskvadan dönər-dönməz deyir ki, Rusiyanın Qazprom şirkətinin Ermənistandakı təmsilçisi fırıldağa əl ataraq əslində bu qazın min kubmetrini haylara Putin bildirdiyindən iki dəfə baha qiymətə satır.
Beləliklə də o, Qazpromla yanaşı, elə Rusyanın dövlət başçısının özünü də fırıldaqçılıqda ittiham edir. Bütün bunlar və səfər zamanı nəzərə çarpan digər reallıqlar canab İlham Əliyevin Rusiyaya səfəriylə, Nikol Paşinyanın səfəri arasında çoxlu və böyük fərqlərin olduğunu üzə çıxardı. Birinci və əsas fərq ondan ibarətdir ki, Azərbaycan-Rusiya əlaqələri müxtəlif çəkili, amma iki müstəqil dövlət arasında olan əlaqələrdir. Paşinyanın səfəri öncəsi Kremlin Putinlə görüşdə “onun ciddi suallarla üzləşəcəyi” xəbərdarlığı isə bir daha təsdqilədi ki, bu iki ölkə arasındakı əlaqələr süzerenlə vassal, həm də yolundan və çızığından çıxmaq niyyətinə düşən, ona görə də qəzəb doğuran vassal arasında olan əlaqələrdir. Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı faydaya dayanır, elə bunun nəticəsi idi ki, cənab Prezidentin rəsmi Soçi səfərində 10 müxtəlif səpkili əməkdaşlıq anlaşmaları imzalandı. Paşinyan isə Moskvaya bir şüşə konyakla gedib, öncədən anons edilən “ciddi suallar” eşidərək qayıtdı, vəssalam. Səbəb budur ki, Ermənistan-Rusiya əlaqlərində yemlənən və yemləyən tərəf var.
Amma nə yemlənən bundan razıdır, nə də yemləyən. Yemlənən daha çox yemlənmək və istədiyini etmək, yemləyən isə bunun qarşılığında sədaqət, çızdığı çevrədən çıxılmamasını istəyir. Bunlar elə istəklərdir ki, indiki reallıqlar, Paşinyanın xarakteri və hay xisləti ona tam əməl olunmasını istisna edir. Ona görə də sözdə iki ölkə arasında əlaqələrin əla olduğu bildirilsədə də, qarşılıqlı narazılıqlar baş alıb gedir. Bunun gizlədilməməsi və artıq hər iki tərəfin dilə gətirməsi göstərir ki, o, daha da artacaq. Azərbaycan prezidentiylə Ermənistanın baş nazirinin Putinlə görüşləri onu da təsdiqlədi ki, Güney Qafqazın bu iki ölkəsi arasında fərq nə qədərdirsə, ona rəhbərlik edən şəxslər arsında da fərq o qədərdir, hətta daha böyükdür. Bu, Paşinyanın bir baş nazır kimi davranışlarından və az öncə qeyd etdiyimiz açıqlamalarından da aydın görünür.
Mən bir millət vəkili olaraq hər hansı bir ölkənin, hətta biz düşmənçilik edən bir ölkənin rəhbərinin belə haqqında təhqir sayılacaq sözlərin işlədlməsinin tərəfdarı deyiləm. Ancaq avqusutun 17-də keçirdiyi mitində də “hakimiyyət nə nazirlər kabinetindədir, nə də parlamentdə, hakimiyyət burada- meydandadır” deyən Ermənistanın baş naziri Nikol Paşinyan təkcə populistlik etmir, həm də özünü küçə, meydan adamı kimi aparır. Aparır və elə sanır ki, o, “hakimiyyətin yerləşdiyi meydan”ın adamı deyil, elə həm də meydanın özüdür-meydan adamdır. Bu meydan adamın məntiqinə fikir verin. Deyir ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində tutuduğu sərt və barışmaz mövqe onun Ermənistandakı inqilabın Azərbaycana da keçəcəyindən qorxmasından irəli gəlir.
Primitivliyin və demaqoqluğun hansı həddə olduğunu görürsünüzmü? Bu anlamır ki, əksər azərbaycanlılar kimi, Azərbaycan Prezidenti üçün də Dağlıq Qarabağ məsələsi hakimiyyət yox, namus, qeyrət və şərəf məsələsidir. Heç olmasa ətrafındakılardan buna deyən yoxdur ki, ay meydan adam, məgər 2016-cı ilin aprel döyüşlərində Ermənistanda inqilab baş vermişdi? Bu döyüşlərin arxasında duran məhz sizin işğalçılıq siyasətinizə qarşı yönəlmiş həmən o sərt və barışmaz mövqe deyildimi? Bir sözlə, Paşinyanın Moskvaya səfəri və səfər sonrası verdiyi açıqlamadan gəldiyim nəticə budur ki, onun hakimiyyətdə qalması və bu cür davranışı Dağlıq Qarabağ probleminin həlli üçün ancaq bir yol qoyur- o da savaşdır. İkinci nəticə isə budur ki, onun hakimiyyətdə qalması çox da uzun çəkməyəcək.
Ya Paşinyan hakimiyyəti harada, kimin diqtəsiylə almışdısa, onların diqtəsiylə də orada təhvil verəcək, ya da indi rəqib gözündə gördüyü Köçəryanın bir çox rəqiblərinin, o sıradan da Ermənistanın keçmiş baş naziri Vazgen Sarkisyanın üzləşdiyi reallıqla üzləşəcək. Həm də ona görə üzləşəcək ki, Köçəryanın “bir çox rəqibləri” bir qayda olaraq təkcə ona rəqiblik etmir, cızılan cızıqdan kənara çıxmaq haqda da fikirləşirdilər. Düzdür, indi Köçəryan hakimyyətdə deyil. Ancaq Ermənistanda hakimiyyətdə kimin olmasında mühüm rol oyanayan meydanın onu dəstəklədiyi faktıdır. Söhbət Paşinyanın dediyi Respublika Meydanından yox, Qızıl meydandandan, gedir.
O meydandan ki, Paşinyanı Moskvada “ciddi sullar”ın gözlədiyi haqda anonlaslar verilərkən orada yerləşən Kremlin yiyəsi Köçəryana telefon açaraq ad gününü təbrik etmişdi.
Bu, Köçəryanın anadan olmasıyla bağlı təbriki deyildi, onun bir siyasətçi kimi yenidən “doğulması”nın təbriki idi.
Sahib ALIYEV,
Millət vəkili
Etikxeber.az