Somalidəki terraktda 50 nəfər ölüb, 100-dən çoxu yaralanıb

Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Etikxeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Ned Prays bəyan edib.

“ABŞ Somalinin paytaxtı Moqadişo şəhəri yaxınlığında törədilən, 50 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir”-deyə, N.Prays qeyd edib. Bundan əvvəl Reuters agentliyi 29 nəfərin öldüyünü bildirirdi.

Qeyd edək ki, dekabrın 11-də Moqadişoda minalanmış avtomobil partladılıb. Törədilən terror aktına görə məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

Etikxeber.az

Read Previous

Daha bir millət vəkilindən Türkiyəyə dəstək gəldi: “Hər birimizin bu gün Türk xalqı ilə bir olduğunu bildirirəm”

Read Next

“Türk milləti əleyhinə içində nifrəti, kini olanların hamısı yaman fəallaşıb” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir