Son 29 ildə Şuşada ilk dəfə Qurban bayramı-QEYD OLUNDU – FOTOLAR

Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Bayram tədbirində çıxış edən komandir heyəti hərbi qulluqçulara bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərinin çatdırıb, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıblar.

Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.

Bayram mərasimi şəxsi heytin şəhərdə təntənəli keçidi ilə sona çatıb.

Etikxeber.az

Read Previous

İlham Əliyevin tapşırığı ilə Tacikistana 40 min doza “Vaxzevria” peyvəndi-GÖNDƏRİLDİ…

Read Next

Yoluxmada növbəti artım-251 – SON SUTKADA ÖLÜM HALI QEYDƏ ALINMAYIB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir