Elektrik enerjisi və qazın qiymətinin qaldırılması ölkədə işsizliyin sayının artmasına təkan verəcək.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Möhbalıyev parlamentdə 2017-ci ilin büdcə müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı iş adamaları ona müraciət edib və gələcək fəaliyyətlərində ciddi problemin olacaqlarını dilə gətiriblər.
“Misal üçün bir şəxs iki hektara yaxın istixanasının olduğunu və təkcə indiyədək ayda enerji daşıyıcılarına 25 min manatadək vəsait xərclədiyini bildridi. Bundan sonra isə bu xərclər iki dəfə artaraq 50 min manat edəcək. İş adamı da nəticədə fəaliyyətini dayandıracaq və işçiləri ixtisara salacaq. Bu da işsizliyin artmasına səbəb olacaq. Onlar hara gedəcək?”– deyə, S. Möhbalıyev vurğulayıb.
Özəlləşdirilməyə çıxarılan xəstəxana və digər müəssisələrlə bağlı mövqeyini açıqlayan S. Mehbalıyev bildirib ki,ən azından işçilərə alternativ iş yeri təklif olunmalıdır. “Onlar iş yerləri ilə təmin olunmalıdır ki, sonra müəssisə özəlləşdirilməyə çıxarılsın. Bu gün özəlləşdirilməyə çıxarılacaq kifayət qədər istifadəsiz müəssisələr var, qoy onlar ilk öncə çıxarılsın. SOCAR-a məxsus yetərincə istifadəsiz istirahət mərkəzləri var. Qoy onlar çıxarılsın. Müəssisə özəlləşən zaman insan amili öndə olmalıdır”- deyə, millət vəkili bildirib.
Etikxeber.az