“Son bəyanat qiyam xarakteri daşıyır və dərhal qarşısı alınmalıdır”-MİLLƏT VƏKİLİNDƏN RUSİYA MN-Ə SƏRT TƏPKİ

Rusiya Müdafiə Nazirliyinin həqiqəti əks etdirməyən açıqlaması, nazirliyin rəsmi saytındakı məlumatlarda “Dağlıq Qarabağ” terminindən istifadə 10 noyabr bəyanatına, Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti müqaviləsinə, o cümlədən, Rusiya prezidentinin rəsmi mövqeyinə tamamən ziddir. Rusiya Müdafiə Nazirliyinin ayrı-ayrı səlahiyyətlilərinin bu özbaşınalığı Azərbaycana qarşı hörmətsizlik, Rusiya prezidentinə qarşı isə açıq tabesizlik, qiyam xarakteri daşıyır və dərhal qarşısı alınmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.

“Eləcə də bu cür təxribatlarla tərəflərin milli maraqlarına cavab verən müttəfiqlik münasibətinə kölgə salınması cəhdləri yolverilməzdir”-deyən millət vəkilinin bildirdiyinə görə, artıq hər kəs anlamalıdır ki, regionda sülh və təhlükəsizliyin təmininə yönəlmiş addımlarımıza heç kəs mane ola bilməz və bölgə xalqlarının rifahı naminə istədiyimiz konfiqurasiyaya nail olana qədər səylərimiz davam edəcək.

“Xalqımız isə əmin olsun ki, beynəlxalq hüquq rəhbər tutulmaqla, həmrəyliyimiz, hərbi gücümüz və müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində bütün sahələrdə qələbələrimizin davamı gələcək.”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Rusiya MN-nin açıqlaması müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir-MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ

Read Next

“Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək…Proses Kiyevin, Xarkovun tutulması olmayacaq…”-UKRAYNA RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir