Son beş gün və ya daha iki tarixi məqam, hadisə: GÜNDƏN-GÜNƏ DAHA ÇOX QƏBUL EDİLƏN AZƏRBAYCAN GERÇƏKLİYİ – JALƏ ƏLİYEVA YAZIR

Son bir həftəmiz, son beş günümüz ölkəmiz, dövlətimiz və dövlətçiliyimiz, inkişafımız və gələcək hədəflərə çatmağımız baxımından yenə də maraqlı və önəmli hadisələrlə yadda qaldı.

Yenə də dövlət başçımız, Qalib Sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev ölkəmizin, dövlətimizin, xalqımızın milli maraq və mənafeləri naminə öz dəmir iradəsini ortaya qoydu, bir sıra növbəti uğurlara imza atdı.

Hər zaman, hər an uca tutduğu milli maraq və manafelərimizi yenə özünün sərrast, iti arqumentləri, cəsarətli, qətiyyətli mövqeyi ilə beynəlxalq düzəndə ən üst səviyyələrə qaldırdı.

Azərbaycanın milli maraq və mənafeləri, milli və dövlət təhlükəsizliyimiz ilə bağlı məsələlərdə bir addım olsun belə geri çəkinilmədiyinin və çəkinilməyəcəyinin bir daha və şətlə altını cızdı.


Birinci hadisə və ya Avropa İttifaqı ilə daha səmimi və səmərəli əməkədaşlığa doğru…Bizə lazımdırsa, onlara da lazımdır!

Bildiyiniz kimi, ikinci və 30 ilini qeyd etməyə hazırlaşdığımız müstıqilliyimiz dövründə ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verib və hər zaman da bu yöndə əməli, səmimi niyyətlərini ortaya qoyub.

Xüsusilə, mərhum dövlət başçımız, Ulu öNdərimiz Hedydər Əliyevin ikinci hakimiyyəti dönəmində və onun siyasətinin layiqli, uğurlu davamçısı İlham Əliyevin 18 illik hakimiyyəti dövründə bu istiqamətdə çox önəmli addımlar atılıb.

Odur ki, ötən illər ərzində Azərbaycanın demək olar ki, bütün beynəlxalq və regional qurumlarında təmsilçilik hüququ əldə edib, ya birbaşa bərabərhüquqlu üzvü kimi, ya da müşahidəçi, assosiativ üzv kimi.

Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa ən çox üstünlük verdiyi qurumlardan biri də Avropa İttifaqıdır.

Hansə bu qurum ki, Avropanın ən üst siyasi və iqtisadi birliyidir.

Demək olar ki, Avropanın taleyi ilə bağlı ən önəmli qərarlar və addımlar məhz bu quruma məxsusdur.

Odur ki, həm də Avropa ailəsinin, avroatlantik məkanın bir parçası kimi bu qurumla əməkdaşlıq və tərəfdaşlıq bizim üçün önəmlidir.

Həm bizim üçün, həm də elə onların özləri üçün.

Çünki bundan qazanan və qazanacaq, uduş əldə edəcək tək biz deyil, həm də onlardır.
Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” formatı çərçivəsində əməkdaşlıq da bu istiqamətdə uğurlu və əməli göstəricilərindən, nəticələrindəndir.

Amma bununla belə, münasibətlərin daha da irəliləyən səviyyələrə aparalması və qaldırılması vacib məqamlardandır.

Odur ki, ötən həftənin bazar günü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana rəsmi səfəri, bir sıra önəmli layihələrin açılışlarında iştirakı, ən əsası Azərbaycan Prezidenti ilə bir araya gəlməsi, birgə bəyanatlar səsləndirməsi və mətbuat konfransı düzənlənməsi ölkəmizlə adıçəkilən təşkilat arasında gələcək əlaqələrin, hədəflərin inkişafı baxımından çox önəmli idi.

Azərbaycan Prezidentinin vurğuladığı kimi, Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır.

“Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır”-deyərək, dövlət başçımız vurğuladı ki, ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi.

Həmçinin, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir.

Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.

Bu isə öz növbəsində bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Bu da heş şübhəsiz ki, bizim hökumətimizin, Azərbaycanın çox böyük nailiyyətidir.Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Burada ən önəmli məqamlardan biri kimi, Cənub Qaz Dəhlizi (CDQ) layihəsinin tamamlanmasını qeyd edə bilərik. Hər kəsə də məlumdur ki, ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi.

Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verildi. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub və əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Eyni zamanda, ən vacib məqam-Azərbaycan, ölkəmiz ötən il 44 günlük İkinci Vətən Müharibəsi ilə ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu.
Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəni başa çatdırdı.

Ona görə də Ali Baş Komandanımızın qeyd etdiyi kimi, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.Və düşünürük ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik.

Avropa İttifaqı da bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.Biz buna inanır və əminik. Biz seçimimizi, məramızı bildirdik, indi söz, qərar qarşı tərəfindir.

Şarl Mişel də eyni zamanda təmsilçisi olduğu qurumun mövqeyini ifadə edərək bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirlər.

“Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır”-deyən cənab Mişel həmçinin vurğuladı ki, məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır.

Hesab edirik ki, məhz belə də olacaq və qeyd etdiyimiz kimi, Azərbaycan hər bir qurumla, o cümlədən, Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı, səmimi və konstruktivdir və bu günə kimi də üzərinə götürdüklərinə hərfiyyən əməl edib.

Eyni zamanda, qarşı tərəfdən də buna əməl, riayət olunmasını tələb etmək hüququnu özündə saxlayır.


İkinci hadisə və ya ölkə Prezidentinin Moskva səfəri Azərbaycanın qətiyyətli möveyinin daha bir nümayişi oldu!

Son bir həftənin ən mühüm ikinci hadisəsi heç şübhəsiz ki, ölkə Przidentinin İkinci Vətən Müharibəsi, tarixi Qələbə və Zəfərdən sonra ikinci dəfə Rusiyaya səfər etməsi, dünyanın üç süpergücündən, nənəgindən olan Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə görüşməsi, bir araya gəlməsi, səmərəli və effeiktiv danışıqlar, müzakirələr aparması idi.

Öncə onu qeyd edək ki, Rusiya bizim tarixi, həm də ən böyük Şimal qonşumuzdur.

Bu ölkə ilə müstəqilliyimizin ilk illərində zaman-zaman və bir çox hallarda da bizdən qaynaqlanmayan gərginliklər yaşanmasına baxmayaraq, artıq bu mərhələ geridə qalmaqdadır və qalıb.

Xüsusilə, Ulu Öndərimizin son dərəcədə müdrik siyasəti nəticəsində, o cümlədən, onun kursunun layiqli davamçısı İlham Əliyevin çox uğurlu, düzgün, balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasəti sayəsində, habelə, Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması, özü də nəinki normallaşdırılması, ən üst səviyyələrə qaldırılması istiqamətində böyük məsafə qət edildi, irəliyə doğru çox mühüm addımlar atıldı və ötən illərdəki müsbət nəticələri də göz qabağındadır.

O cümlədən xüsusilə, İkinci Vətən Müharibəsinə yanaşma, sərgilənən mövqe də elə bunun nəticəsi idi-təbii ki, müəyyən məqamları istisna, gözardı etməklə. Azərbaycan apardığı çox ağıllı, müdrik siyasətlə hər kəsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rola malik olan Rusiyanın sonunda inandıra bildi ki, artıq Ermənistanın təcavüzünə, işğalına son qoyulmalıdır və bu, bir gün baş verəcək və baş verdi də.

Azərbaycan işğala son qoydu, noyabrın 10-unda məhz Rusiya Prezidentinin iştirakı ilə Ermənistanı məlum üçtərəfli bəyanatı imzalatmağa məcbur, vadar etdi, Ermənistanı qarşısında diz çökdürdü.

Düzdür, ötən 7 ay yarım ərzində qarşı tərəfdən yendən bölgədə, sərhəddə vəziyyəti gərginləşdirməyə yönəlik addımlar, təxribatlara cəhdlər edilməkdədir və təbii ki, ölkəmiz tərəfindən də layiqli şəkildə cavabı verilməkdədir, amma bütün hallarda artıq Dağlıq Qarabağ adlı nə münaqişə, nə də coğrafi məkan var.

Artıq hər kəsin qəbul etdiyi, etməli olduğu və edəcəyi bir reallıq var: Dağlı-Aranlı vahid Qarabağ və Qarabağlı bütöv Azərbaycan!

Və bu düzəni, bu gerçəkliyi pozmağa qalxan əllər anındıca qırılacaq, sındırılacaq!

Bu baxımdan, Moskva görüşü zamanı deyilən sözlər, verilən bəyanatlar çox mühün əhəmiyyətə malik idi və bir daha çoxlarına mesaj, siqnal olmalıdır.

“Regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır”-deyən Rusiya liderinin bəyan etdiyi kimi, bu məsələlər həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, onda bu yolla getməliyik.

“İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”-deyərək, Rusiya dövlət başçısı əslində artıq kimin, hansı ölkənin, yəni, Haqlının-Qalibin yanında olduğunu bir daha əyani şəkildə nümayiş etdirmiş oldu.

Bunun özü isə Azərbaycanın, Ali Baş Komandanımızın daha bir diplomatik və siyasi uğuru, nailiyyəti sayıla, hesab edilə bilər.

Azərbaycan Prezidenti də bir daha öz növbəsində bəyan etdi ki, regionda münaqişədən sonrakı vəziyyət mövzusu ortada var və Azərbaycan haqlı və Qalib tərəf olaraq bu dövrün ağrısız keçilməsinin tərəfdarıdır.

“Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik”-deyən dövlət başçımız ümumi səylərimizlə buna nail olacağına inandığını da sözlərinə əlavə etdi.

Və bununla da bir daha Ermənistana, revanşizm əhval-ruhiyyəsindən əl çəkmək istəməyənlərə öz növbəti mesajını ötürdü, xəbərdarlığını etdi.

Biz dedik və hər zaman da dediyimizin üstündə durmuşuq, dediyimizə də əməl etmişik, indi söz, qərar, seçim qarşı tərəfindir.

Əks halda…

Bunu özləri düşünsün, yəni, “Dəmir Yumruğu!”

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Son bir həftəmiz, son beş günümüz ölkəmiz, dövlətimiz və dövlətçiliyimiz, inkişafımız və gələcək hədəflərə çatmağımız baxımından yenə də maraqlı və önəmli hadisələrlə yadda qaldı.

Yenə də dövlət başçımız, Qalib Sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev ölkəmizin, dövlətimizin, xalqımızın milli maraq və mənafeləri naminə öz dəmir iradəsini ortaya qoydu, bir sıra növbəti uğurlara imza atdı.

Hər zaman, hər an uca tutduğu milli maraq və manafelərimizi yenə özünün sərrast, iti arqumentləri, cəsarətli, qətiyyətli mövqeyi ilə beynəlxalq düzəndə ən üst səviyyələrə qaldırdı.

Azərbaycanın milli maraq və mənafeləri, milli və dövlət təhlükəsizliyimiz ilə bağlı məsələlərdə bir addım olsun belə geri çəkinilmədiyinin və çəkinilməyəcəyinin bir daha və şətlə altını cızdı.

***

Birinci hadisə və ya Avropa İttifaqı ilə daha səmimi və səmərəli əməkədaşlığa doğru…Bizə lazımdırsa, onlara da lazımdır!

Bildiyiniz kimi, ikinci və 30 ilini qeyd etməyə hazırlaşdığımız müstıqilliyimiz dövründə ölkəmiz bütün beynəlxalq qurumlarla açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığa üstünlük verib və hər zaman da bu yöndə əməli, səmimi niyyətlərini ortaya qoyub.

Xüsusilə, mərhum dövlət başçımız, Ulu öNdərimiz Hedydər Əliyevin ikinci hakimiyyəti dönəmində və onun siyasətinin layiqli, uğurlu davamçısı İlham Əliyevin 18 illik hakimiyyəti dövründə bu istiqamətdə çox önəmli addımlar atılıb.

Odur ki, ötən illər ərzində Azərbaycanın demək olar ki, bütün beynəlxalq və regional qurumlarında təmsilçilik hüququ əldə edib, ya birbaşa bərabərhüquqlu üzvü kimi, ya da müşahidəçi, assosiativ üzv kimi.

Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa ən çox üstünlük verdiyi qurumlardan biri də Avropa İttifaqıdır.

Hansə bu qurum ki, Avropanın ən üst siyasi və iqtisadi birliyidir.

Demək olar ki, Avropanın taleyi ilə bağlı ən önəmli qərarlar və addımlar məhz bu quruma məxsusdur.

Odur ki, həm də Avropa ailəsinin, avroatlantik məkanın bir parçası kimi bu qurumla əməkdaşlıq və tərəfdaşlıq bizim üçün önəmlidir.

Həm bizim üçün, həm də elə onların özləri üçün.

Çünki bundan qazanan və qazanacaq, uduş əldə edəcək tək biz deyil, həm də onlardır.

Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” formatı çərçivəsində əməkdaşlıq da bu istiqamətdə uğurlu və əməli göstəricilərindən, nəticələrindəndir.

Amma bununla belə, münasibətlərin daha da irəliləyən səviyyələrə aparalması və qaldırılması vacib məqamlardandır.

Odur ki, ötən həftənin bazar günü  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana rəsmi səfəri, bir sıra önəmli layihələrin açılışlarında iştirakı, ən əsası Azərbaycan Prezidenti ilə bir araya gəlməsi, birgə bəyanatlar səsləndirməsi və mətbuat konfransı düzənlənməsi ölkəmizlə adıçəkilən təşkilat arasında gələcək əlaqələrin, hədəflərin inkişafı baxımından çox önəmli idi.

Azərbaycan Prezidentinin vurğuladığı kimi, Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır.

“Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır”-deyərək, dövlət başçımız vurğuladı ki,  ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi.

Həmçinin, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir.

Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.

Bu isə öz növbəsində bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Bu da heş şübhəsiz ki,  bizim hökumətimizin, Azərbaycanın çox böyük nailiyyətidir.

Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Burada ən önəmli məqamlardan biri kimi,  Cənub Qaz Dəhlizi (CDQ) layihəsinin tamamlanmasını qeyd edə bilərik.

Hər kəsə də məlumdur ki, ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi.

Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verildi. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub və əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Eyni zamanda, ən vacib məqam-Azərbaycan, ölkəmiz ötən il 44 günlük İkinci Vətən Müharibəsi  ilə ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu.

Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəni başa çatdırdı.

Ona görə də Ali Baş Komandanımızın qeyd etdiyi kimi, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.

Və düşünürük ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik.

Avropa İttifaqı da bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.

Biz buna inanır və əminik. Biz seçimimizi, məramızı bildirdik, indi söz, qərar qarşı tərəfindir.

Şarl Mişel də eyni zaman təmsilçisi olduğu qurumun mövqeyini ifadə edərək bildirdi ki,Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirlər.

“Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır”-deyən cənab Mişel həmçinin vurğuladı ki, məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır.

Hesab edirik ki, məhz belə də olacaq və qeyd etdiyimiz kimi, Azərbaycan hər bir qurumla, o cümlədən, Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı, səmimi və konstruktivdir və bu günə kimi də üzərinə götürdüklərinə hərfiyyən əməl edib.

Eyni zamanda, qarşı tərəfdən də buna əməl, riayət olunmasını tələb etmək hüququnu özündə saxlayır.

***

İkinci hadisə və ya ölkə Prezidentinin Moskva səfəri Azərbaycanın qətiyyətli möveyinin daha bir nümayişi oldu!

Son bir həftənin ən mühüm ikinci hadisəsi heç şübhəsiz ki, ölkə Przidentinin İkinci Vətən Müharibəsi, tarixi Qələbə və Zəfərdən sonra ikinci dəfə Rusiyaya səfər etməsi, dünyanın üç süpergücündən, nənəgindən olan Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinlə görüşməsi, bir araya gəlməsi, səmərəli və effeiktiv danışıqlar, müzakirələr aparması idi.

Öncə onu qeyd edək ki, Rusiya bizim tarixi, həm də ən böyük Şimal qonşumuzdur.

Bu ölkə ilə müstəqilliyimizin ilk illərində zaman-zaman və bir çox hallarda da bizdən qaynaqlanmayan gərginliklər yaşanmasına baxmayaraq, artıq bu mərhələ geridə qalmaqdadır və qalıb.

Xüsusilə, Ulu Öndərimizin son dərəcədə müdrik siyasəti nəticəsində, o cümlədən, onun kursunun layiqli davamçısı İlham Əliyevin çox uğurlu, düzgün, balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasəti sayəsində, habelə, Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması, özü də nəinki normallaşdırılması, ən üst səviyyələrə qaldırılması istiqamətində böyük məsafə qət edildi, irəliyə doğru çox mühüm addımlar atıldı və  ötən illərdəki müsbət nəticələri də göz qabağındadır.

O cümlədən xüsusilə, İkinci Vətən Müharibəsinə yanaşma, sərgilənən mövqe də elə bunun nəticəsi idi-təbii ki, müəyyən məqamları istisna, gözardı etməklə.

Azərbaycan apardığı çox ağıllı, müdrik siyasətlə hər kəsi, o cümlədən Dağlıq Qarabağ  münaqişəsinin həllində önəmli rola malik olan Rusiyanın sonunda inandıra bildi ki,  artıq Ermənistanın təcavüzünə, işğalına son qoyulmalıdır və bu, bir gün baş verəcək və baş verdi də.

Azərbaycan işğala son qoydu, noyabrın 10-unda məhz Rusiya Prezidentinin iştirakı ilə Ermənistanı məlum üçtərəfli  bəyanatı imzalatmağa məcbur, vadar etdi, Ermənistanı qarşısında diz çökdürdü.

Düzdür, ötən 7 ay ərzində qarşı tərəfdən yendən bölgədə, sərhəddə vəziyyəti gərginləşdirməyə yönəlik addımlar, təxribatlara cəhdlər edilməkdədir və təbii ki, ölkəmiz tərəfindən də layiqli şəkildə cavabı verilməkdədir, amma bütün hallarda artıq Dağlıq Qarabağ adlı nə münaqişə, nə də coğrafi məkan var.

Artıq hər kəsin qəbul etdiyi, etməli olduğu və edəcəyi bir reallıq var: Dağlı-Aranlı vahid Qarabağ və Qarabağlı bütöv Azərbaycan!

 Və bu düzəni, bu gerçəkliyi pozmağa qalxan əllər anındıca qırılacaq, sındırılacaq!

Bu baxımdan, Moskva görüşü zamanı deyilən sözlər, verilən bəyanatlar  çox mühün əhəmiyyətə malik idi və bir daha çoxlarına mesaj, siqnal olmalıdır.  

“Regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır”-deyən Rusiya liderinin bəyan etdiyi kimi, bu məsələlər həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, onda bu yolla getməliyik.

“İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”-deyərək, Rusiya dövlət başçısı  əslində artıq kimin, hansı ölkənin, yəni,  Haqlının-Qalibin yanında olduğunu bir daha əyani şəkildə nümayiş etdirmiş oldu.

Bunun özü isə Azərbaycanın, Ali Baş Komandanımızın daha bir diplomatik və siyasi uğuru, nailiyyəti sayıla, hesab edilə bilər.

Azərbaycan Prezidenti də  bir daha öz növbəsində bəyan etdi ki, regionda münaqişədən sonrakı vəziyyət mövzusu ortada var və Azərbaycan haqlı və Qalib tərəf olaraq bu dövrün ağrısız keçilməsinin tərəfdarıdır.

“Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik”-deyən dövlət başçımız ümumi səylərimizlə buna nail olacağına inandığını da sözlərinə əlavə etdi.

Və bununla da bir daha Ermənistana, revanşizm əhval-ruhiyyəsindən əl çəkmək istəməyənlərə öz növbəti mesajını ötürdü, xəbərdarlığını etdi.

Biz dedik və hər zaman da dediyimizin üstündə durmuşuq, dediyimizə də əməl etmişik, indi söz, qərar, seçim qarşı tərəfindir.

Əks halda…

Bunu özləri düşünsün, yəni, “Dəmir Yumruğu!”

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

Bəzi rayonlarda intensiv yağış yağacaq, dolu düşəcək-SABAH

Read Next

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi-DAŞKƏSƏN, NAFTALAN VƏ GORANBOYDA AÇILIŞLARDA OLDU – FOTOLAR – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir