Son dörd ildə ÜÇ OĞUL, ÜÇ ÖVLAD ACISI…KAMİL HƏMZƏOĞLU YAZDI

Elnurla cəmi günlər öncə vatsapda yazışmışdım…

Hər zaman olduğu kimi, bu dəfə də çox mehribancasına “Qardaş, Biləsuvara gələn kimi zəng elə, hara desən, gəlib götürüm, qulluğunda dayanım bir qardaş kimi…”-demişdi…

Cəmi günlər öncə…

Nə biləydim, haradan biləydim ki, bu, Onunla-xoşxasiyyət, səmimi, dürüst…insan Elnur Əkbərovla sonuncu yazışmam olacaq, sonucu…

Yatsam, yuxuma belə girməzdi…

Ağlıma belə gəlməzdi ki…

Bu gün Elnurun çox cavan yaşında (həm də subay idi) dünyasını dəyişməsi xəbərini eşidəndə...bir anlıq dünya gözlərimdə qaraldı…

Şok içindəydim…İnana bilmirdim, inanmağım gəlmirdi…

Axı, yuxarıda da qeyd etdiyim kimi, cəmi günlər öncə yazışmış və məni Biləsuvara qonaq dəvət etmişdi…

Aldığım, eşitdiyimdən xəbərdən saatlar keçir…

Hələ də bu ağır, acı xəbərə inana bilmirəm…Kaş yalan olaydı… deyirəm…Amma…

…Elnurgil ailədə beş övlad, dörd qardaş idilər…

İki qardaş peşəkar hərbçi, polkovnik-leytenant idi…

Digər qardaşı isə ali təhsilli, başqa sahənin adamıydı…

Özü də əllərinin qabarı, zəhməti ilə dolanan bir Vətən sevdalısı idi…

Qardaşlarından biri-Əfsanəvi Xüsusi Təyinatlı, polkovnik-leytenant Orxan Əkbərov İkinci Qarabağ Savaşında Şəhadətə yüksəlmişdi…

Digər qardaşı-Taleh Əkbərov isə cəmi aylar öncə-mayın 5-də, cəmi 45 yaşında ürək və şəkər xəstəliyindən dünyasını dəyişmişdi…

İllər öncə həyat yoldaşını itirən Sevil Anaya, Sevil həkimə dalbadal iki ağır zərbə dəymiş, iki oğul, iki övlad acısı yaşamışdı, yaşayırdı…

Və Elnurun dünyasını dəyiməsi ilə Sevil Ananın yaralı, dərdli ürəyinə üçüncü övlad dağı çəkildi…

Cəmi dörd ilin içində dörd oğuldan üçü bu fani dünyaya, bu acımasız həyata “əlvida” dedi…

…Sevil Anaya necə təsəlli verəcəyimi bilmirəm…

Neçə dəfə zəng edib, başsağlığı vermək istəsəm də…özümü toparlaya bilmirəm, özümdə cəsarət tapmıram…

Axı, nə deyəcəm, necə təsəlli verəcəyəm üç oğul acısı yaşayan Anaya???…

Övlad, üç oğul itkisinin təsəllisi, təskinliyimi olur???…

Allah balalarının məkanlarını cənnətlik etsin, Sevil Ana, Sevil həkim!

Səbrdən keçib, Allah dözüm, güc-qüvvət versin, Sevil Ana, Sevil həkim!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident Azərbaycan energetiklərinin bir qrupunu-TƏLTİF ETDİ

Read Next

Atasının 40 mərasiminin səhərəsi gün Şəhadətə ucalan və bu gün Anım Günü olan, Əbədiyyətə uğurlanmasından dörd il keçən-YASAMALLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ İSA MƏHƏRRƏMOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir