“Son döyüş toqquşmalarında Ermənistana xeyli zərər vurulub”-MÜDAFİƏ NAZİRİ

Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarında qarşı tərəfə layiqli cavab verilib.

Etikxeber.az xəbər verir ki, bu barədə mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə bildirib.

Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib.

Müdafiə naziri eyni zamanda, baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.

Etikxeber.az

Read Previous

Əliyev Ərəb Parlamentinin prezidentini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

“Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətləri ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət edir”-Əliyev Narbayeva, Papuaşvili və Əl Gebali ilə-GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir