Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, arxada qalan 2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Həqiqətən də, dünyada qlobal iqtisadi-maliyyə böhranın kəskin şəkildə davam etməsinə və onun Azərbaycana da müəyyən dərəcədə təsirlərinə rəğmən, ötən il ölkəmizdə radikal islahatlara start verilməsi, inkişafın yeni mərhələsinə daxil olunması ili oldu”.
Etikxeber.az məlumat verir ki, bunu millət vəkili Eldəniz Səlimov Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlərə münasibətini bildirəkən deyib.
Millət vəkilinin sözlərinə görə, ötən il də ölkədə makroiqtisadi sabitlik qorunub-saxlanıldı, iqtisadi dayanıqlılıq təmin olundu.
“Ölkə Prezidentinin də qeyd etdiyi kimi, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində Ümumi Daxili Məhsulun həcmi azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə edildi. Cənab Prezident bu baxımdan çox haqlı olaraq vurğuladı ki, “bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək”. Yəni, bütün bunlar gələcəyimizlə, gələcək inkişafımızla bağlı növbəti dəfə nikbinliyə tam əsas verir”- deyən millət vəkili bildirib ki, ölkə Prezidentinin rəhbərliyi altında və düşünülmüş siyasəti nəicəsində Azərbaycanda yenə iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-nefyeni iş yerlərinin yaradılması təmin olunacaq, qarşıya qoyulan bütün hədəflərə çatılacaq.
“Bir sözlə, ölkə Prezidentinin sədrliyi ilə keçirilən son iclas tarixi və olduqca əhəmiyyətli bir iclasdır. Bu iclas, orada səslənmiş fikirlər, verilmiş mesajlar ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında öz müsbət rolunu öynayacaq, öz əhəmiyyətli töhfəsini vermiş olacaq. Buna kimsənin şübhəsi olmasın“-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az