Son müşavirə ciddi dərs olacaq – ZİYAD SƏMƏDZADƏ – RƏYLƏR

TAHİR RZAYEV:Dövlət başçısı bir daha öz iradəsini və sərt mövqeyini ortaya qoyaraq, bəhanələrə yol verilməyəcəyini, öz işinə məsuliyyətsiz yanaşanlara güzəştsiz mövqe sərgilənəcəyini nümayiş etdirdi

İyulun 4-də ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirə çox vacib və tarixi bir müşavirə idi. Ölkə prezidenti cənab İlham Əliyevin sədrliyi belə bir müşavirənin keçirilməsi Azərbaycan xalqının, hər birimizin ürəyindən oldu. Çünki burada ölkəni, insanları narahat edən məsələlər müzakirə olundu, dövlət başçısı tərəfindən vacib mesajlar səsləndirildi, ciddi iradlar bildirildi, aidiyyatı qurumlara və məsul şəxslərə həyata keçirilməsi tez bir zamanda tələb olunan ciddi tapşırıqlar verildi.

MUSAVIRE-1

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.

O, qeyd edib, ölkənin enerji sistemində yaranmış vəziyyət, yəni, iyulun 2-dən 3-nə keçən baş verənlər və ondan sonra iki gün ərzində yaşananlar bütövlükdə hərtərəfli araşdırma tələb edirdi. Onun sözlərinə görə, artıq dövlət başçsısın sərıncamı ilə yaradılmış Dövlət Komisiyası, son müşavirədə səslənənlər bu istiqamətdə araşdırma aparılmasını daha da sürətləndirəcək, qısa zaman ərzində də təqsirkarlar müəyyənləşdiriləcək və cəzalandırılacaq:

“Yəni, dövlət başçısı bir daha öz iradəsini və sərt mövqeyini ortaya qoyaraq, bəhanələrə yol verilməyəcəyini, öz işinə məsuliyyətsiz yanaşanlara güzəştsiz mövqe sərgilənəcəyini nümayiş etdirdi. Cənab prezident bir daha onu əyani şəkildə göstərmiş oldu ki, fəaliyyətinin baş xətti, baş istiqaməti Azərbaycan xalqının bütün məsələlərdə təhlükəsizliyinin, rifahının təmin olunmasıdır. Bu məsələdə də məsuliyyətsiz, səhlənkar davrananlara artıq güzəşt, daha doğrusu, onlara bu komanda da yer olmayacaq. İnanıram ki, artıq hər kəs, xüsusilə, ünvanına irad səslənən məsul şəxslər cənab prezidentin bu açıq-aşkar mesajlarından nəticə çıxaracaq, dərs alacaq və öz işlərində məsuliyyətli olacaqlar”.

ZİYAD SƏMƏDZADƏ: Qəti inamımı və əminliyimi bildirmək istəyirəm ki, bu müşavirədən sonra enerji sistemində yaranmış problemlər tezliklə aradan qalxacaq, insanlar bir daha belə problemlərlə üzləşməyəcək

tahir

6

azer badam

Akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də 4 iyul müşavirəsini olduqca vacib və əhəmiyyətli hesab edir:

“Bu gün Azərbaycan nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır, bu məsələdə əsas akorlardan birinə çevrilib. Yəni, Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP, eləcə də, TAP kimi irimiqyaslı layihələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında hansı rolu oynadığını bütün çılpaqlığı ilə ortaya qoyur. Belə olan təqdirdə, ölkənin enerji sistemində xoşagəlməz durumun yaşanması, problemlərin meydana çıxması, dövləti və insanları narahat etməsi heç də yaxşı və qəduledilən hal deyil. Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Təkcə son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Ölkənin enerji potensialı hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı isə son 15 il ərzində yaradılıb. Bütövlükdə ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilib – Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında.

Dövlət başçısı da çıxışında bu məqamları diqqətə çatdırdı və bəyan etdi ki, ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. O, “Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi”-deyərək, məsul şəxslərə və qurumlara sərt mövqeyini sərgilədi, onları öz işlərində məsuliyyətli olmağa çağırdı. Eyni zamanda, tapşırıq verdi ki, cox ciddi araşdırmalar aparılmalı, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Yəni, bütün bunlar onu göstərir ki, hər bir məsələ Azərbaycan dövlətinin və ölkə prezidentinin diqqətində, nəzarətindədir. Onun diqqətindən və nəzərindən heç nə yayına bilməz və bilməyəcək. Odur ki, qəti inamımı və əminliyimi bildirmək istəyirəm ki, bu müşavirədən sonra enerji sistemində yaranmış problemlər tezliklə aradan qalxacaq, insanlar bir daha belə problemlərlə üzləşməyəcək”.

AZƏR BADAMOV: Dövlət başçısı bas vermiş olayla baglı çox narahatdır və bu narahatlıq hər bir məmurda da olmalıdır 

Millət vəkili Azər Badamov isə deyib ki, ölkə başçısı vətəndaşlara göstərdiyi səbrə görə təşəkkürünü bildirməklə, əsl dövlət rəhbəri kimi problemin baş verməsi səbəblərinin arasdırılaraq, ona məruzə olunmasını tapşırdı:

“Müşavirədən də göründüyü kimi dövlət başçısı her zaman xalqın yanındadır. Eyni zamanda, fövqəladə hallar hər bir ölkədə baş verə bilər və bundan heç kim sığortalanmayıb. Amma məsələ ondadır ki, hər bir fövqəladə hal baş verəndə ondan minimum zərərlə çıxmaq məsələsi ortada olmalıdır. Vəziyyət isə onu göstərdi ki, ölkəmizin enerji sistemi belə hallara hazır deyil. Prezident müşavirədə əlaqədar təşkilatlara iradlar bildirməklə, gələcəkdə belə bir halın təkrarlanmaması üçün dərhal qabaqlayıcı tədbirlərin görülməsi tapşırığını verdi. Dövlət başçısı bas vermiş olayla baglı çox narahatdır. Bu narahatlıq hər bir məmurda da olmalıdır. Əlaqədar təşkilatlar öz işlərini tələblər səviyyəsində qursaydılar, belə hallar baş verməzdi. Düşünürəm ki, günahkar şəxslər öz cəzalarını alacaq. Bu olay isə gələcəkdə hamı üçün bir dərs olacaq”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək – QƏNİRƏ PAŞAYEVA

Read Next

Məmurların bir hissəsi onlara tapşırılan vəzifəni “avtopilot”a qoyub… – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir