Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Eldəniz SƏLİMOV: “…Bu iradə, bu qətiyyət bizi bundan sonra-ən zor şərtlər daxilində belə uğurlara, zəfərlərə doğru aparacaq. Azərbaycan bu bəlanın da qarşısını alacaq, öhdəsindən gələcək və öz sürətli tərəqqisini, inkişafını davam etdirəcək. Kimsə də buna mane, əngəl ola bilməz və bilməyəcək. Buna Azərbaycan dövləti, Azərbaycan xalqı və müdrik ölkə Rəhbəri imkan verməyəcək. “Bəlkə də qaytardılar” xiffəti, xülyası ilə yaşayanların arzuları heç zaman çin olmadığı kimi, bu dəfə də çin olmayacaq, növbəti dəfə uğursuzluğa, fiaskoya uğrayacaqlar…”
Məlum olduğu kimi, dünən- aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirə keçirildi. Qeyd etmək istərdim ki, bu tipli müşavirələr artıq ölkəmizdə gözəl ənənə halını alıb. Ulu Öndərimiz Heydər Əliyevin dönəmindən başlayaraq, hər il ən azı 4 dəfə belə müşavirələr baş tutur. Yəni, ölkə Prezidenti cənab İlham Əliyevin 18 illik hakimiyyəti dönəmində də bu ənənənə davam etdirilir, görülən işlər, atılan atılan addımlar bir daha gözdən keçirilir, sərf-nəzər edilir, qiymət verilir, harada uğurlar, irəliləyişlər, nailiyyətlər var qeyd olunur, eləcə də, hansı sahələrdə həllini tapmayan, həllini gözləyən məqamlar, problemlər varsa, onlar ən ali kürsüdən səsləndirilir və aradan qaldırılması üçün göstərişlər, tapşırıqlar verilir. Budəfəki müşavirənin özəlliyi isə ondadır ki, ilk dəfə olaraq, videokonfrans vasitəsi ilə bu müşavirə gerçəkləşdirildi. Bu da elə birilirəm ki, səbəbsiz deyil. Bu, dünyada və onun bir parçası olan ölkəmizdə yaşanan koronavirus pandemiyası, xüsusi karantin rejimim ilə bağlıdır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkili bildirib ki, müşavirə zamanı ölkə Prezidenti giriş və yekun nitqi siylədi, eləcə də, hökumət üzvlərindən, iqtisadi blokun nümayəndələrindən İqtisadiyyat, Maliyyə, Əmək və əhalinin sosial müdafiəsi, Kənd təsərrüfatı nazirləri, Mərkəzin Bankın sədrli çıxış etdilər.
“Hər zaman olduğu kimi, ölkə Prezidentinin hər iki çıxışı çox əhatəli, çox məzmunlu, Azərbaycan və dünya reallıqlarını olduğu kimi, özündə əks etdirən tarixi bir çıxışı idi. Ölkə Prezidenti çıxışında 2020-ci il uğurla başlanıldığını, ilin əvvəlində Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını, xüsusilə, yanvar-fevral aylarında həm iqtisadi, həm sosial göstəricilərin çox müsbət olduğunu bildirdi, eyni zamanda, mart ayından müəyyən qədər tənəzzülə uğradığımızı təəssüfü hissi ilə dilə gətirdi. Bunun təbii, yəni, koronavirusun bütün dünya üçün bəla, dünya iqtisadiyyatı üçün böyük problem olduğunu söylədi və qeyd etdi ki, ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq o da vurğulandı ki, indi dünyanın yeni bir mərhələyə qədəm qoyduğunu və hətta ən inkişaf etmiş ölkələrin böyük problemlərlə üzləşdiyini hər kəs yaxşı bilməlidir. Doğrudan da, koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Qeyd etdiyimiz kimi, Azərbaycan da dünyanın bir parçasıdır və bu bəlanın təsirlərindən kənarda qalması mümkün deyildi.
Ancaq bununla belə, ölkə Prezidentinin çıxışında vurğulandığı kimi, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində ölkəmizdə vəziyyəti nəzarət altında saxlanılır. Yəni, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirilməsəydi, bu gün xəstələrin sayı Allah uzaq etsin, min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi də onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Eyni zamanda, ölkə Rəhbərinin çıxışında bildirildiyi kimi, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır – həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Ölkə Prezidenti daha bir anons verərək, ölkədə siyasi islahatların davam etdiriləcəyini və bunun da nəticə etibarı ilə imkanlarımızı daha da genişləndirəcəyini bəyan etdi. Çünki həqiqətən də bu islahatların gözəl nəticələrini göz önündədir, hər birimiz də bunu görürük, bilirik. Həmçinin, vurğulandığı kimi, Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq və bunun üçün də kifayət qədər güclü siyasi iradə var. Bu iradə də məhz Azərbaycan Prezidentinə, Liderimiz İLham Əliyevə məxsusdur.
Bu iradə, bu qətiyyət bizi bundan sonra-ən zor şərtlər daxilində belə uğurlara, zəfərlərə doğru aparacaq. Azərbaycan bu bəlanın da qarşısını alacaq, öhdəsindən gələcək və öz sürətli tərəqqisini, inkişafını davam etdirəcək. Kimsə də buna mane, əngəl ola bilməz və bilməyəcək. Buna Azərbaycan dövləti, Azərbaycan xalqı və müdrik ölkə Rəhbəri imkan verməyəcək. “Bəlkə də qaytardılar” xiffəti, xülyası ilə yaşayanların arzuları heç zaman çin olmadığı kimi, bu dəfə də çin olmayacaq, növbəti dəfə uğursuzluğa, fiaskoya uğrayacaqlar. Bu, onların “alın yazısıdır” çünki. Onlar hər zaman məğlubiyyətə və fiaskoya məhkumdurlar bu ağılla, bu düşüncə ilə… Ancaq biz xalq, dövlət olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik və indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq. Bu, mütləqdir və mütləq olacaq. Bunu da bacaracağıq”-deyə, o, əlavə edib.



Kamilə ƏLİYEVA: “Hər fürsətdə Azərbaycan dövlətinin, Azərbaycan iqtidarının üzərinə yürüməyə cəhd edən, böhtan, qarayaxma yolunu tutan bilsinlər və anlasınlar ki, tuduqları yol-yol deyil, sonu yenə fiasko, uçurumdur. Heç nəyə nail ola bilməyiblər, bundan sonra da nail ola bilməyəcəklər. Qazandıqları və qazanacaqları yanız Azərbaycan xalqının nufrəti olacaq…”
Millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva da ölkə Prezidentinin sədrliyi ilə və videokonfrans vasitəsilə keçirilən müşavirəni tarixi müşavirə adlandırıb.
Qeyd edib ki, ölkə Prezidenti bütün vəziyyətlərdə, fors-major situasiyalarda hər zaman təmkinini, müvazinətini, soyuqqanlılığını qoruyub-saxlaya bilir və hər zaman xalqına, dövlətinə, insanlarına, vətəndaşlara, ümid, inam yeri, arxa-dayaq olur, onu ümidsizləşməməyə, əksinə, daha da ümidli, inamlı olmağa ruhlandırır.
Millət vəkilinin sözlərinə, əsl Lider də, əsl dövlət Rəhbəri də məhz belə olmalıdır və 18 illik hakimiyyəti dönəmində də ölkə Prezidenti daim belə olub, yüksək idarəçilik, təşkilatçılııq, Lidelik keyfiyyətləri nümayiş etdirib.
“Müşavirədə dünyada və ölkəmizdə yaşanan koronavirus pandemiyası, bunun cəmiyyətə, iqtisadi inkişada, siyasi-iqtisadi islahatlar prosesinə təsirlərindən geniş və ətraflı şəkildə bəhs edildi. Ölkə Prezidenti yaşananlara baxmayaraq, göstəricilərin ümumlikdə yaxşı olduğunu və postpandemiya dövründə əvvəlki inkişaf , islahatlar xətininin davam etdiriləcəyini, uğurlara nail olunacağını qətiyyətli və əmin şəkildə bildirdi. Bir daha aydın oldu ki, ölkəmiz ilin yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurub. Belə ki, Ümumi Daxili Məhsul (ÜDM) 3 faizə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Bütövlükdə üç ayı götürsək ÜDM 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artım baş verib və yenə də artım var. Təbii ki, əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı. Bununla belə, qeyri–neft sənaye sektorunda artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər. Nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, cənab Prezidentin də vurğuladığı kimi, bu, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir.

Müşavirənin və ölkə Prezidentinin çıxışın ən mühüm məqamlarından biri də odur ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan da artıq olacaq. Çıxışda da bildirildiyi kimi, təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb və bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, ediləcək, hələ üstəlik 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Özü də bu vəsait 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. Artıq orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Bununla belə, maaşlar, pensiyalar ildən-ilə artırılır. Təsadüfi deyil ki, ötən il 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb. Eyni zamanda, bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək və sair.
Bunlar insanı sevindirməyə, qürurlandırmaya bilməz. Bu qədər çətinliklər içərisində, dünyada həyatların, iqtisadiyyatların çökdüyü bir dönəmdə bu kimi addımların atılması və bunun da atılmağa davam edilməsi sözlə ifadəsi mümkün olmayan bir uğurdur, gerçəklikdir. Bu, Azərbaycan nümunəsi, Azərbaycan modelidir və bunun da tək ünvanı, tək sahibi var-İlham Əliyev! Qoy bunu bizi sevənlər də, sevməyənlər də, uğurlarımızı alqışlayanlar da, alqışlamayanlar da, “sapı özümüzdən olan baltalar”, bədxah qüvvələr də yaxşı bilsinlər. Xüsusilə, hər fürsətdə Azərbaycan dövlətinin, Azərbaycan iqtidarının üzərinə yürüməyə cəhd edən, böhtan, qarayaxma yolunu tutanlar bilsinlər və anlasınlar ki, tuduqları yol-yol deyil, sonu yenə fiasko, uçurumdur. Heç nəyə nail ola bilməyiblər, bundan sonra da nail ola bilməyəcəklər. Qazandıqları və qazanacaqları yanız Azərbaycan xalqının nufrəti olacaq, Azərbaycanımız isə ölkə Prezidentinin müdrik rəhbərliyi altında xalqımızla birlikdə yeni xarüqələr yaradacaq, yeni-növbəti zəfər tarixi yazacaq. Hər kəs buna əmin olsun!”-deyə. K.Əliyeva daha sonra bildirib.
Etikxeber.az





