“Son sərəncamlar tarixi və inqilabi sərəncamlardır” – ELDƏNİZ SƏLİMOV – RƏYLƏR

KAMİLƏ ƏLİYEVA : Ölkə prezidenti indiyə kimi nəyi deyibsə, nə vəd edibsə, ona da əməl edib, onu da yerinə yetirib. Bundan sonra da məhz belə olacaq, biz qarşıdakı mərhələdə də bu cür növbəti addımların şahidi olacağıq

Millət vəkili Kamilə Əliyeva  ölkə prezidentinin bir gün ərzində 17-yə yaxın sərəncam imzalamasını, maaşların və minimum aylıq əməkhaqqının artırılmasını tarixi və inqilabi addımlar adlandırıb.

Etikxeber.az-a açıqlamasında millət vəkili qeyd edib ki, bunlar bir daha Azərbaycan dövlətinin və ölkə prezidentinin Azərbaycan insanına, ölkə vətəndaşına verdiyi yüksək dəyərin əyani göstəricisidir.

“Özünüz də şahidsiniz ki, ölkə prezidentinin 16 illik hakimiyyəti dövründə, xüsusilə, növbədənkənar prezident seçkilərindən keçən 15 ay ərzində ölkəmizdə hansı işlər görülür, hansı tarixi və inqilabi addımlar atılır. Azərbaycan bu gün inkişafının, tərəqqisinin və islahatlar prosesinin yeni mərhələsini, yeni dalğasını yaşayır.

Elə bir sahə yoxdur ki, islahatlar prosesi onu əhatə etməsin. İslahatlar getdikcə və dərinləşdikcə insanlar, ölkə əhalisinin də vəziyyəti, sosial rfahı, güzəranı yaxşlaşır. Çünki bunlar paralel proseslərdir. Xatırladım ki, ölkə prezidenti son çıxışlarında, Azərbaycan xalqına Novruz təbrikdə, Mərdəkan-Qala avtomobil yolunun açılışında  bir daha islahatlar prosesinin davamlı olacağını, minimum əməkhaqqının, maaşların, pensiyaların artırılacağını bildirmiş, bunların anonsunu, xoş müjdəsini vermişdi və bugünkü tarixi sərəncamlar da həmin sözlərin, bəyanatların konkret əməli addımlar olduğunu bir daha sübuta yetirdi.

Çünki ölkə prezidenti indiyə kimi nəyi deyibsə, nə vəd edibsə, ona da əməl edib, onu da yerinə yetirib. Bundan sonra da məhz belə olacaq, biz qarşıdakı mərhələdə də bu cür növbəti addımların şahidi olacağıq. Bunlara, 600 minə yaxın insanı əhatə edəcək son sərəncamlara görə də cənab prezidentə minnətdarlğımızı ifadə edir, ona fəaliyyətində uğurlar arzulayırıq”-deyə, K. Əliyeva sonda bildirib.

SENET-ILHAM

KAMILA

ELDENİZ-QARDAS

ELDƏNİZ SƏLİMOV: İnkişaf, tərəqqi edən, çiçəklənən Azərbaycanımıza məhz bunlar yaraşır

Digər millət vəkili Eldəniz Səlimov da hesab edir ki, son sərəncamları ilə ölkə prezidenti bir daha Azərbaycan vətəndaşının yanında, onun sosial-iqtisadi durumunun, güzəranın  yaxşılaşmasında maraqlı olduğunu göstərdi.

Millət vəkilinin dediyinə görə, 18 iyun tarixində imzalanmış sərəncamlar Azərbaycan əhalisinin, ölkə vətəndaşlarının önəmli bir təbəqəsinin və hissəsinin  sosial-rifah halının  yaxşılaşmasına mütləq şəkildə öz müsbət təsirini göstərəcək, öz müsbət töhfəsini verəcək.

“Bu sərəncamlar gerçəkdən tarixi və inqilabi sərəncamlardır. Hamısı birbaşa ölkə vətəndaşlarının, Azərbaycan əhalisinin rifahına, həyat şəraitinin, güzəranının yaxşılaşmasına yönəlmiş addımlardır. İnkişaf, tərəqqi edən, çiçəklənən Azərbaycanımıza da məhz bunlar yaraşır.

İnkişaf, tərəqqi, çiçəklənmə birtərəfli ola bilməz, bunlar ilk növbədə həmin ölkənin sütünları, dayaqları sayılan insanların həyatında, yaşayışında özündə göstərməlidir. Azərbaycanda da məhz belədir, bunlar qoşa qanad kimi birlikdə addımlayır, həm ölkəmiz, iqtisadiyyatımız inkişaf edir, həm də insanlarımızın həyat şəraiti, güzəranı yaxşılaşır.

Hesab edirəm ki, bunlar sonuncu olmayacaq, indiyə qədər olduğu kimi, bundan sonra da bu addımlar,  bu artımlar davamlı xarakter daşıyacaq.  Buna ölkəmizin hər cür potensialı və imkanı var”-deyə, E. Səlimov sonda vurğulayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Maaşlar və minimum aylıq əməkhaqqı artırıldı – PREZİDENTDƏN ÖNƏMLİ SƏRƏNCAMLAR – YENİLƏNİB – (3)

Read Next

“Borussiya” Lüsyen Favr ilə müqavilənin müddətini uzatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir