“Son “şou” da Paşinyanı xilas edə bilməyəcək…” – DEPUTAT

Nikol Paşinaynın Qarabağa qanunsuz, təxribat və cinayət xarakterli səfərləri və sərsəm açıqlamaları  onun özünün, eləcə də, Ermənistanın ATƏT-in Minsk qrupunun, həmsədrlərin fəaliyyətinə məhəl qoymadığını, beynəlxalq hüquq normalarına saymazyana münasibətini bir daha  açıq şəkildə nümayiş etdirir. Paşinyanın açıqlamaları, xüsusilə, “Qarabağ Ermənistandır, Ermənistanındır” kimi həyasız bir mövqe sərgiləməsi bir tərəfdən Ermənistandakı, geninə-boluna vədlər verdiyi erməniləri sakitləşdirməyə və hakimiyyəti əldə saxlamağa, digər tərəfdən onunla düşmən münasibətdə olan “Qarabağ klanı”nın dəstəyini əldə etməyə hesablanıb.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

“O, çox hiyləgərdir və hər bir vəziyyətdən istifadə edərək, yalan vədlər və açıqlamalarla, sayıqlamalarla öz mövqeyini möhkəmlətmək istəyir. Amma Paşinyanın bütün bu cəhdlərinə baxmayaraq, Ermənistanda yeni müxalif qüvvələr birləşməkdədir və bunlar Paşinyanın  hakimiyyət ömrünün sonunu yaxınlaşdırır”-deyən millət vəkilinin sözlərinə görə,  bu gedişlə və bütün hallarda Paşinyanın taleyini  hərbi canilər – Koçaryan və Sarkisyanın taleyi, aqibəti gözləyir.

“Çünki yalanın, saxtakarlığın, pafosun, populizmin axırı olmur. Boş dövlət xəzinəsi üzərində verilən vədlər icra olunmayanda xalqın qəzəbi ilə  nəticələnir. Ümumiyyətlə, erməni, Paşinyan hakimiyyəti iynə üstündə olan şara bənzəyir. Yəni, hər an partlamaq ehtimalı günü-gündən böyüməkdədir.

azerrrrr

Ermənistan öz iqtisadiyyatını qurmaq üçün işğal altında olan torpaqlarımızdan əl çəkməli, o ərazilərdən rədd olub getməli və Azərbaycanla normal qonşuluq əlaqələri yaradaraq, iqtisadi böhrandan çıxmağa çalışmalıdır. Əks halda hakimiyyətə kim gəlsə də və populist çıxışlar edərək xalqın könlünü almaq istəsə də onun hakimiyyətdə qalması heç vaxt uzun müddətli ola bilməz”-deyən millət vəkili növbəti Qarabağ, Xankəndi “şou”sunun da Paşinyanı xilas edə bilməyəcəyini bir daha sözlərinə əlavə edib.

Həmçinin, vurğulayıb ki, artıq Ermənistanın, bir-birindən betər Ermənistan rəhbərlərinin “nazı ilə” oynamağa son qoymağın zamanı yetişib:

“Onlar hərtərəfli cavablarını almalıdırlar. Bu, Minsk qrupunun və həmsədrlərin birbaşa və bir nömrəli vəzifəsi, borcudur. Biz xatırlatmaqdan yorulduq, ancaq onlar qulaqardına vurmaqdan yorulmadılar.

Amma bir daha deməyi özümüzə borc bilirik ki, Minsk qrupu və həmsədrlər konkret əməli fəaliyyətə keçməli, Etmənistanı, Paşinyan xislətliləri yerində birdəfəlik oturtmalıdırlar.

Bu, onların borcu və vəzifəsidir”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“ABŞ-ın İrana hücum etməməsi üçün diplomatik səylərimizi artırmalıyıq” – MİLLƏT VƏKİLİ

Read Next

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir