“Son zəng” təşkil olunacaq-NAZİR

Bu il ümumtəhsil məktəblərində “Son zəng” təşkil olunacaq.

Etikxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir deyib ki, bununla bağlı Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmişdi:

“Baş nazirə təşəkkür edirəm, çalışacağıq ki, verilmiş şərtlərlə “Son zəng” tədbirlərini keçirək”.

Eyni zamanda “Tədris ili sona yetir. İlin yekunları daha geniş təhlil olunacaq”-deyən nazir bildirib ki, bu ilki tədris ili fərqli oldu:

“Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qalib gəldi. Bu müharibədə Azərbaycan müəllimləri də iştirak ediblər. Bu tədris ilinin təsirlərini biz uzun illər hiss edəcəyik. Eyni zamanda bu tədris ilində arada pandemiyaya görə xeyli fasilələrə gedəsi olduq. Birmənalı olaraq COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi, təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı”.

Etikxeber.az

Read Previous

Güclü yağış və dolu-TODAN KƏNDİNƏ CİDDİ ZİYAN VURDU…-FOTOLAR – YENİLƏNİB

Read Next

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açdı-MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir