“Sonra çox gec olacaq…” – ELDƏNİZ SƏLİMOV

Eldəniz Səlimov: “Azərbaycan adlı sürət qatarını öz relsindən çıxarmaq mümkün olmayacaq”

Etikxeber.az  millət vəkili Eldəniz Səlimovun müsahibəsini təqdim edir:

-Eldəniz müəllim, 1993-cü ilin iyunundan, mərhum dövlət başçısı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından, o cümlədən, 2003-ci ilin oktyabrından, ölkə prezidenti İlham Əliyevin iqtidara gəlməsindən sonra Azərbaycanda yeni inkişaf, əsl dövlətçilik mərhələsi yaranmağa başlandı. Ötən 26 il ərzində də bu istiqamətdə böyük uğurlar, nailiyyətlər əldə edildi və bu gün də bu nailiyyətlər əldə edilməkdədir. Bu uğurlar sırasında heç şübhəsiz ki, 2004-ci ildən icrasına start verilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı uğurlu tətbiqi mühüm önəm daşımaqdadır. Artıq bugünlərdə dövlət başçısı tərəfindən 4-cü Dövlət Proqramı ilə də bağlı Fərman verildi. Bu baxımdan ötən dövrü, dövlət proqramlarının icrasını necə deyərləndirərdiniz?

-Əvvəla onu deyim ki, bir xalq və dövlət kimi bizim xoşbəxtliyimiz ondadır ki, Heydər Əliyev kimi tarixi şəsxiyyətimiz var. Heydər Əliyev kimi şəxsiyyətlər də əsrdə bir və ən yaxşı halda iki dəfə olur, ya olmur. Odur ki, əgər Heydər Əliyev kimi şəxsiyyətimiz, parlaq zəka sahibimiz olmasaydı, bugünkü Azərbaycandan, onun inkişafından, müstəqilliyindən danışmaq mümkün olmazdı. Məhz bugünkü günlərimizə, müstəqil, suveren, imzalar içində imzası olan Azərbaycanımız ilk növbədə bu tarixi şəxsiyyətə, müdrik dövlət və siyasət adamına borcluyuq. Heydər Əliyevin sayəsində yenicə əldə etdiyimiz müstəqilliyimiz, ikinci müstəqil cümhuriyyətimiz 1993-94-cü illərdə dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan xilas oldu, vətəndaş müharibəsinin, separatizm meyllərinin qarşısı alındı, daxili və xarici anti-Azərbaycan dairələrinə ölümcül, sarsıdıcı zərbələr vuruldu.Azərbaycan qısa bir zaman kəsiyində müstəqil inkişaf yoluna qədəm qoydu, Heydər Əliyevin qətiyyəti və iradəsi nəticəsində tarixi “Əsrin müqaviləsi” imzalanaraq, uğurlu neft strategiyasına start verildi.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişinə, tarixi Böyük və Qədim İpək Yolunun bərpası istiqamətində işlərin görülməsinə başlanıldı. 1996-cı ildən Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı ağır və uzun sürən danışıqlar prosesinə, müzakirələrə qədəm qoyuldu. 1995-ci ildə ölkəmizin ilk müstəqil Konstitusiyası qəbul edildi, çoxpartiyallıq əsasında ilk çağırış Milli Məclisə seçkilər keçirildi, parlamentarizm tarixində yeni mərhələyə keçildi. Ölkəmizdə əsl demokratik mühit, ab-hava, siyasi plüralizm, çoxpartiyalılıq, söz, mətbuat, vicdan azadlığı bərqərar edildi, peşəkar, yüksək döyüş qabiliyyətinə malik ordu formalaşdırıldı. Azərbaycana böyük həcmdə sərmayələr yatırılmağa başlandı.

Sənayedəki, kənd təsərrüfatındakı tənəzzül yavaş-yavaş aradan qaldırılmağa başlandı. Çox sevindirici haldır ki, qədirbilən Azərbaycan xalqı 2003-cü ildə Heydər Əliyev siyasətinin davam etdirilməsi üçün bu siyasətin uğurlu və layiqli davamçısı cənab İlham Əliyevə böyük əksəriyyət etibarı ilə səs verdi, onu özünün lideri, rəhbəri seçdi. Azərbaycan xalqı yağlı vədlər inanmadı, yaxşı pisdən, ağı qaradan ayırd etməklə düzgün seçim etdi və son 16 ildə yaşananlar, əldə edilən böyük zəfərlər bu seçimin yanlış olmadığını hər kəsə, bütün dünyaya, dostlarımıza da, düşmənlərimizə də bir daha sübut etdi. Ötən 16 ildə ərzində əsası Heydər Əliyev tərəfindən qoyulmuş, məhz onun xeyir-duasını almış transmilli, regional layihələr hamısı bir-bir, dalbadal müvəffəqiyyətlə icra olundu.

Həm Bakı-Tbilisi, həm Bakı-Tbilisi-Ərzurum layihələri uğurla icra edildi, həm Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı davam edən 22 illik danışıqlar prosesi 2018-ci ilin yayında başa çatdı, ölkə prezidenti İlham Əliyevin yaxından iştirakı və səyləri ilə qardaş Qazaxıstanının Aktau şəhərində tarixi Konvensiya imzalandı. Həmçinin, 2017-ci ilin sonlarında Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurumun məntiqi davamı olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tarixi açılış mərasimi keçirildi. Həmçinin, əsrlərə bərabər olacaq 2018-ci ildə, may və iyul aylarında Cənub Qaz Dəhlizi və TANAP layihələrinin icrası ilə bağlı təntənəli açılış mərasimləri keçirildi. Qardaş Türkiyə ilə dostluğun, qardaşlığın, müttəfiqliyin daha bir nümunəsi kimi, ötən ilin payızında “STAR” neft emal zavodunun tarixi açılış mərasimi düzənləndi ki, bunlar da nəticə etibarı ilə Azərbaycanın regionun və bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında əsas aktorlardan birinə çevrildiyini gözlər önünə sərdi. Ölkəmiz dünyanın siyasi, iqtisadi, humanitar, mədəni, hərbi siyasi dialoq məkanına cevrildi. Ölkəmiz nüfuzlu idman və musiqi yarışlarının keçirildiyi bir məkan kimi öz adını tarixə qızıl hərflərlə həkk etdirdi. Buna misal kimi, “Eurovizion” mahnı müsabiqəsini, Qəbələ Beynəlxalq Musiqi Festivalını, ilk Avropa Oyunlarını, 4-cü “İslamiada”nı və daha neçə-neçə nüfuzlu tədbirləri, yarışları göstərmək olar. Bu gün Azərbaycan nəinki yeləşdiyi regionun, bütövlükdə dünyanın sabitlik və təhlükəsizlik adasıdır.

2008-ci ildən başlayan və hələ də davam etməkdə olan qlobal maliyyə-iqtisadi kataklizmə, 2011-ci ildən böyük güclər tərəfindən ssenariləşdirilən qanlı “Ərəb baharı” adlı “layihə”nin bir sıra dövlətləri məhv olmaq, parcalanmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qoymasına, milyonlarla insanın qanlı göz yaşlarının axıdılmasına, qətlə yetirilməsinə, öz ölkələrindən didərgin salınmasına, taleyin amansız axarına buraxılmasına, şəhərlərin, kəndlərin, qəsəbələrin yerlə-yeksan edilməsinə rəğmən, ölkəmiz bütün bu təhlükəli ssenarilərdən, dağıntılardan, sonu görünməyən qarşıdurmalardan uzaqda dayana bildi. Özü də nəinki dayana bildi, həm də sürətli və dinamik inkişaf yolunda daha qətiyyətli addımlarla irəliyə, tərəqqiyə doğru yol aldı. Bu gün Azərbaycan dünyanın həm də ən multikultural dövləti, dini və milli cəhətdən ən tolerant ölkəsidir. Bu gün Azərbaycan milli və dini tolerantlıq mərkəzi kimi dünyaya bir örnəkdir. Təbii ki, bu sırada, bu inkişafda əsası 2004-cü ilin fevral ayından dövlət başçısı İlham Əliyev tərəfindən qoyulan refionların sosial-iqtisadi inkişafı ilə bağlı siyasət, məlum Dövlət Proqramları, onların uğurlu icrası önəmli yer tutmaqdadır.

4 il-yekun

Bu gün artıq Azərbaycan regionları ilə paytaxt Bakı arasında inkişaf, abadlıq, quruculuq işləri baxımından fərqlər hiss olunmamaqdadır. Ötən 15 il ərzində Azərbaycan regionları başdan-başa gözəlləşdi, simasını dəyişdi, inkişaf etdi. Məhz bu inkişaf nəticəsində Azərbaycanın regionları bu gün dünyanın turizm məkanlarına çevrilməkdədir. Hər il minlərlə, onminlərlə xarici turist Azərbaycanın bölgələrinə, son dərəcədə müasir və beynəlxalq standartlara cavab verən istirahət, turizm məkanlarına axın etməkdədirlər. Ümumiyyətlə, 2004- cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynadı. Keçən 15 il ərzində 3 dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3.3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza artdı.

İxracın 4.7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail oldu. İqtisadiyyatın sürətlə böyüməsi ölkədə 2 milyondan çox yeni iş yerlərinin açılmasına şərait yaratdı ki, bu da öz növbəsində əhalinin maaşlarının 7 dəfə, pensiyaların isə 9 dəfə artmasına gətirib çıxardı. Ölkənin bütün regionlarında infrastruktur layihələrinin həyata keçirilməsi iqtisadi və sosial həyat şərtlərini kəskin yaxşılaşdırdı və bütün sahələrin inkişafı üçün üstün, əlverişli zəmin yaratdı. Məhz bu proqramların icrası nəticəsində ölkəmizdə inkluziv inkişaf səviyyəsi artmış, regionlarda yaşayan insanlar üçün əsasən bərabər şərait yaradıldı. Dövlət başçısının da vurğuladığı kimi, aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. “15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyuldu və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar”-deyə, qeyd edərək dövlət başçısı həmçinin bəyan etdi ki, beləliklə, bu sərmayə imkan verəcək ki, bundan sonra da iş yerləri, yeni müəssisələr yaradılsın və ölkəmiz inamla inkişaf etsin. Təbii ki, bütün bunlarla yanaşı, qarşıda duran müasir çağırışlar və həyata keçirilən iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişafının ardıcıl olaraq davam etdirilməsini, yeni layihələrin həyata keçirilməsini labüd edir…

YEKUNNNN

-Yeri gəlmişkən, 4-cü Dövlət Proqramı barədə nə deyərdiniz?

-Bilirsiniz, ölkənin dayanıqlı və inkluziv inkişafına nail olmaq məqsədilə prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi qəbul edilən yeni 4-cü proqram regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm dövlət proqramıdır. Dövlət başçısının da dediyi kimi, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Onun sözlərinə görə, hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Dövlət başçısı eyni zamanda “Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq.

Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya iqlimi daha əlverişlidir. Mən giriş sözümdə qeyd etdim ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Beləliklə, xarici investisiyalar bu rəqəmdə öz əksini tapmır. Hələ xarici investisiyalar qoyulacaq. Ona görə bu, çox böyük rəqəmdir və bu investisiyalar hesabına Azərbaycan bundan sonra da uğurla, inamla inkişaf edəcək”-deyərək, qəti şəkildə əminliyini və inamını ifadə etdi ki, bundan sonra da ölkəmiz ancaq inkişaf, tərəqqi və qələbələr yolu ilə gedəcək.

eldeniz-eldeniz

Yaxşı olardı ki, bunları, bu görülən işləri anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, ölkəmizə, müstəqil inkişafımıza qarşı həmin dairələr tərəfindən təzyiq, təsir mexanizmi kimi istifadə edilən, edilməyə çalışılan bəzi soydaşlarımız da görsünlər, duysunlar, anlasınlar. Bilsinlər ki, heş kim, heç bir qüvvə artıq Azərbaycanla zor, təzyiq, təhdid, diktə dili danışa bilməz. Bu yöndə cəhdlər yersiz və əbəsdir. Atdıqları bumeranq kimi yalnız özlərinə dəyəcək, özlərini əzib keçəcək. Atalar məsələsində deyildiyi kimi, yel qayadan heç nə apra bilməz və bilməyəcək. Ona görə yaxşı olardı ki, onlar da səhvlərini, xətalarını, yanlışlarını nəhayət, anlasınlar, oyuncaq kimi istifadə edilməkdən qurtulsunlar və düz yola, Allah yoluna gəlsinlər, imana qayıtsınlar. Yoxsa, onlar üçün sonra çox gec olacaq. Hər halda, bu, onların öz işidir. Azərbaycan adlı sürət gəmisi, sürət qatarı artıq yoldadır, öz resindəndir və kimsə onun geri qaytara, döndərə bilməyəcək.

Eldəniz müəllim, bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüş keçirildi. Bu haqda nə deyərdiniz?

-Bu, çox tarixi, çox təsirli bir hadisə, bir görüşdür. İllər keçsə də, o görüşü, o hadisəni elə bilirəm ki, unutmaq mümkün olmayacaq. Bu, bir daha Azərbaycan dövlətinin, ölkə prezidenti və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın şəhidlərimzə, şəhid ailələrinə, müharibə əlillərinə nə qədər həssaslıqla, nə qədər şəfqətlə, nə qədər böyük qayğı və diqqətlə yanaşmasının əyani göstəricisi idi.

Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən ölkə prezident İlham şəhidlərimizə Allahdan rəhmət diləməklə yanaşı, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini dedi. Eyni zamanda, rezident şəhid anasının ayağa qalxmasına izin vermədi, özü onun yanına getdi və bir daha şəhidlərimizin və onların ailələrinin bizim üçün nə qədər dəyərli olduğunu nümayiş etdirdi. Milli birliyimizi də, torpaqlarımızın azad olunmasını da, vətənimizin bölünməzliyini də təmin edəcək mənəviyyat budur. Ali Baş Komandanımız bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq.

Doğrudan da ötən illər ərzində həyata keçirilən müstəqil siyasət güclü iqtisadiyyatımızın yaranmasına, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin və rolunun möhkəmlənməsinə gətirib çıxarıb ki, bunlar da ərazi bütövlüyümüzün bərpa olunması üçün real geostrateji şərtlər formalaşdırıb. Əlbəttə, buna nail olmaq, ənənəvi geosiyasi balansı ölkəmizin lehinə dəyişmək hazırkı beynəlxalq şərtlər daxilində olduqca çətin bir işdir, ancaq Azərbaycan buna nail olmağı bacarıb. Ümumiyyətlə, prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib.

mehri-sehid-2

Təsadüfi deyil ki, bu vaxta qədər belə vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. Elə keçən il də Prezident İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Fərman imzaladı. Həmin Fərmana əsasən, 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutuldu və artıq bu proses çərçivəsində 3 mindən çox şəhid ailəsinə vəsait verilib.

Prezident İlham Əliyevin şəhid ailələri ilə bağlı imzaladığı yeni Fərmana əsasən isə daha çox şəhid ailəsi birdəfəlik müavinət alacaq ki, bu da şəhidin hansı statusda xidmətə çağırıldığı və hansı şəraitdə öz həyatını Vətən üçün fəda etməsindən asılı olmayaraq hər birinin Azərbaycan dövləti və xalqı üçün son dərəcə dəyərli olmasının sübutudur.

mehri-sehid

Bir sözlə, Azərbaycan dövləti, Azərbaycan iqtidarı, ölkə rəhbəri hər zaman öv vətəndaşının, xüsusilə, onun ən həssas təbəqəsi olan şəhid ailələrinin, müharibə əlillərinin yanındadır, yanında olub və bundan sonra da yanında olacaq.

Etikxeber.az

Read Previous

“Qalib gəlsəydik, daha yaxşı olardı” – QURBAN QURBANOV

Read Next

Heç kəs haqqını başqasının hüququnu pozmaq yoluyla bərpa edə bilməz – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir