“Sonra” olmayacaqmış…Kaş taleyin hökmünü əvvəldən bilə bilsək…”-JALƏ ƏLİYEVA YAZDI – FOTOLAR

Dünən axşam saatlarında Zərdabdan acı bir xəbər aldım.

Rayonumuzun ağsaqqallarından olan, hörmətli ziyalımız Akif Cavadov rəhmətə gedib.

Çox kədərləndim və təəssüfləndim. Həm onun itkisinə, həm də vidalaşa bilmədiyimə görə…

Demə onun dünyaya gözlərini əbədi yumduğu dəqiqələrdə mən rayonda – Zərdabda olmuşam.

Lakin xəbər gəlib çatanda artıq Bakıya qayıtmışdım. Və aradakı məsafə onun son mənzilə yola salınma mərasimində iştirakıma imkan vermədi…

Bütün uğurlarlmda ilk zəng edib təbrik edənlərdən olurdu. Hətta televiziya ekranında gördüyü anda da zəng edirdi, fikirlərini bildirirdi…

Amma son zamanlarda xəstəlik onu çox yorurdu. Danışıqlarımız çox qısalmışdı…

Bundan bir müddət əvvəl bacısının rəhmətə getdiyini öyrəndim. Heç olmasa telefonda zəng edib başsağlığı verim, dedim. Bir-neçə dəfə yığdım, cavab olmadı.

Xəstədir, narahat etməyim, sonra bir ara danışaram, dedim. Amma “sonra” olmayacaqmış…

Kaş taleyin hökmünü əvvəldən bilə bilsək…

O zaman sonradan kaş ki deməməyimiz üçün çox şeyi başqa cür edərik…

Eh…nə isə…

Əziz dostlar, səhifəmin (FB) dəyərli oxucuları, onunla bir görüşümüzdən indi bizə xatirə kimi qalan şəkilləri və həmin görüşün təəssüratlarını əks etdirən bir yazını yenidən sizinlə bölüşmək gəldi içimdən birdən-birə…

Allah Akif müəllimimizə qəni-qəni rəhmət etsin.

Yeti cənnət olsun, inşallah!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Baxdım ki, iki ixtiyar eyvanın ortasında qurulmuş masa arxasında mehriban-mehriban oturub söhbətləşir, çay içirlər…”-JALƏ ƏLİYEVA ZƏRDABA NÖVBƏTİ SƏFƏRİNDƏN VƏ GÖRÜŞLƏRİNDƏN DANIŞDI – FOTOLAR

Read Next

“Ramil Həsən Milli Məclisin sədri tərəfindən tənbeh edilməyib və ona heç bir xəbərdarlıq olunmayıb”-MM-DƏN TƏKZİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir