“Sonuncu dəfə söz verilmişdi ki, fevral ayında həm oğlum, həm də kürəkənim işlə təmin olunacaq…Amma…”-HACIQABULLU ANTİTEROR ŞƏHİDİ XƏLFƏLİ SULTANOVUN ATASI BÖYÜKAĞA SULTANOV ŞİKAYƏTLƏNDİ

Cəmi 18 ayın içində həm həyat yoldaşımı, həm də övladımı itirdim…Çox çətindir mənim üçün, çox…Dözmək olmur…Ona da təəssüf edirəm ki, bir Şəhid atası kimi mənimlə, ailəmizlə düz-əməlli maraqlanan yoxdur…

Bu fikirləri Etikxeber.az-a Hacıqabullu Antiterror Şəhidi, Kapitan Xəlfəli Sultanovun atası Böyükağa Sultanov deyib.

Heç demirlər ki, belə bir Şəhid ailəsi, Şəhid atası da var…Böyük oğlum Bakıda olurdu…Qardaşından sonra ailəsini də götürüb mənim yanıma gəldi, çünki tək qalmışdım…Neçə vaxtdır işsiz-gücsüz qalıb…Mən çox zaman yaşımla, səhhətimlə bağlı Şəhid məclislərinə çıxa bilmirəm…Daha çox böyük qızım və kürəkənim həmin məclislərə gedirlər…Qızım da, kürəkəmin də işsizdirlər…”-deyən Şəhid atasının sözlərinə görə, sonuncu dəfə söz verilibmiş ki, bu ilin fevral ayında həm oğlu, həm də kürəkəni işlə təmin olunacaq.

“Amma üstündən neçə ay keçir, heç nə yoxdur…Mən də abırıma qısılıb, artıq heç kimə ağız açmıram…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Bu yollarda yenə sıxlıq və tıxacdır-BAKIDA

Read Next

Azərbaycandan İranda azərbaycanlılar yaşayan ərazilərə zərbə endirməməsi üçün yenidən İsrailə-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir