Sosial mənzillər bazar qiymətindən təqribən 20-25 faiz aşağı olacaq – Samir Nuriyev

Uyğun qiymətə mənzil təminatında ilk növbədə gənc ailələrə üstünlük veriləcək.

Etikxeber.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib.

Agentliyin rəhbəri qeyd edib ki, təklif olunan sosial mənzillər bazar qiymətindən aşağı olacaq. “Gözləyirik ki, qiymətlər təqribən 20 -25 faiz aşağı olsun. Bu, həm də tikiləcək binaların yerləşdiyi ərazidən asılıdır”.

Samir Nuriyev, həmçinin əlavə edib ki, regionlarda da uyğun qiymətə mənzillərin tikintisi prioritet məsələdir. Lakin layihə əvvəlcə böyük şəhərlərdə reallaşdırılacaq.

Bu zaman bütün meyarlar – yol infrastrukturu, iş yerlərinin yaxınlığı nəzərə alınacaq.

Etikxeber.az

Read Previous

Martın 5-də doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Read Next

Müdafiə Nazirliyi növbəti açıqlama yaydı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir