“Sosial media bəzən ekstremist duyğular üçün platforma rolunu oynayır” – DEPUTAT – FOTO

Miqrantlar və etnik qruplar hərbi münaqişələr, sosial və ya iqtisadi qeyri-sabitlik kimi müxtəlif səbəblərdən vətənini tərk edən insanlardır. Təəssüf ki, Yaxın Şərq və Şimali Afrikadakı münaqişələrin baş verməsi məcburi köçkünlərin axını ilə nəticələndi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  Vyanada ATƏT PA-nın qış sessiyasının yekun iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Elşad Həsənov söyləyib.

O, qeyd edib ki, hazırda ATƏT regionunda miqrantlar məsələsi elə bir problemdir ki, bu problem mümkün qədər tez həll olunmalıdır. Avropa milyonlarla miqrantların tez bir zamanda qəbulu və səmərəli inteqrasiyasına hazır deyil. Nəticədə, bəzi Avropa ölkələrində qaçqın düşərgələri və saxlanma mərkəzləri genişlənib.

Bildirilib ki, Avropa ölkələrindəki qaçqın düşərgələri və saxlanma mərkəzlərinin risk zonası olduğu etiraf edilməlidir, çünki sosial və iqtisadi problemlər miqrantlar arasında bərabərsizlik yaradır. Bu şərtlər yeni gələnləri radikalların bir növ əkin sahəsinə çevirir. Biz ekstremist təbliğatın nümunələrini tez-tez görürük. İnternet və sosial media bəzən milliyyətçi və ekstremist duyğuları təhrik etmək üçün platforma rolunu oynayır.

E.Həsənov çıxışının yekununda qeyd edib ki, miqrantları inteqrasiya etmək üçün bütün zəruri addımlar atılmalıdır. Əks halda bu insanlar radikal təbliğat üçün yumşaq bir hədəf olacaqlar. Eyni zamanda, Avropa ölkələri qaçqın axınının baş verdiyi ölkələrlə fəal əməkdaşlıq etməlidirlər. Hökumətlərarası əməkdaşlıq bu məsələni həll etməyə kömək edə bilər.

Bildirilib ki, miqrant böhranının həlli mexanizmləri ilə bağlı təkliflər irəli sürülməlidir.

Etikxeber.az

Read Previous

“Çoxuşaqlı ailəni Allah da qoruyur…” – HADİ RƏCƏBLİ

Read Next

Sanenin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir