“Sosial medialara müəyyən nəzarət var ki…” – KOMİTƏ SƏDRİ

Mübariz Qurbanlı: Sosial mediada əxlaqa zidd məlumatlar yayılır

Azərbaycanda 909 dini icma qeydiyyata alınıb ki, onlardan 32-si qeyri-islami dini icmalarıdır.

Etikxeber.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini qurumlar və sosial media” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O, bildirib ki, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə maarifləndirici işlər görülür:

“Bu gün sosial media elə bir səviyyəyə çatıb ki, televiziyalar, qəzetlər onlarla müqayisə edilə bilməz. Cəmiyyətdə insanlar hər hansı bir fikri sosial mediada yazmaqla dezinformasiyalar, əxlaqa zidd materiallar yaya bilirlər. Bunun isə həm müsbət, həm də mənfi tərəfləri olur.

mubariz-qurbanli

Məhz buna görə bu gün bir sıra Avropa ölkələrinin özündə də sosial medialara müəyyən nəzarət var. Bəziləri bunu azadlığın məhdudlaşdırılması hesab etsə də, bu, belə deyil.

Bu nöqteyi-nəzərdən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi maarifləndirici tədbirlərin cəmiyyətə çatdırılmasında medianın dəstəyindən istifadə edir.

Bu kimi hallara görə bu məsələ Azərbaycanda da diqqət mərkəzindədir”.

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadə Mübariz İbrahimovu təhqir edən psixoloqdan yazdı…

Read Next

Azərbaycanı İslam dövlətinə çevirməyə çalışırlar – AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir