“Sosial müavinətlə təminata haqq edən, onu ala bilməyən, əllilik dərəcələrinin vaxtında qiymətləndirlməsiylə bağlı problemlər yaşayan isnalarımız az deyil ki…”-MİLLƏT VƏKİLİ DAHA HANSI PROBLEMLƏRİ DİLƏ GƏTİRDİ?

İkinci Qarabağ savaşı zamanı Tərtər rayonuna dəymiş ziyan ilkin proqnozdan dəfələrlə çox olub. Ermənistan rəhbərliyinin bütün beynəxalq qanun və konvensiyaları ayaq altına ataraq, dinc yaşayış məskənlərini atəşə tutması nəticəsində çoxmənzilli binaları nəzərə almsaq, 9294 fərdi evə və digər əmlaklara zərər dəydi ki, onların da yarısından çoxu-5303-ü 16 min 277mərmi, 21 raket atılan Tərtərin payına düşür.Tamamilə dağıdılmış, zərər çəkmiş binalarda yaşayan əhalinin şəxsi əşyalarına dəymiş ziyanın dərhal ödənilməsi ilə əlaqədar dekabrın 14-də cənab Prezidentin Sərəncama əsasən 9 milyon 100 min manat vəsait ayrılıb.

O vəsaitdən qəzalı vəziyyətə düşmüş yaşayış evlərinə dəymiş ziyana görə ailəyə 6 min, hər ailə üzvünə 1500 manat və ziyan dəymiş digər ailələrə 1000 manat verilməliydi. Verilməliydi ona görə deyirəm ki, yanvarın ortasına kimi bu prosesin başa çatdırlacağı bildirilsə də, Tərtərdə 5566 ailədən cəmisi 1484-i vəsait ala bilib.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Bildirib ki, ümumiyyətlə, bir sıra hallarda dəyən zərər dəqiq qiymətləndirilməyib, evindəki mebel və məişət əşyaları darmadağın olanlara da, bir pəncərəsi sınana da min manat yardım yazılıb ki, bu da haqlı narazılığa səbəb olur.

“Yəni, cənab Prezidentin Sərancamıyla artıqlmasayıla vəsait ayrılmasına baxmayaraq, dəyən zərərin adekvat qiymətləndirilməməsi üzündən narazılıq və lazımsız söz-söhbət yaranır. Bundan başqa rayon üzrə tam dağılmış 58 evin 37-də, digərlərinin isə cəmisi 280-də tikinti və təmir-bərpa işlər başa çatıb. Açığını deməliyəm ki, tərtərlilərin bir çoxu bu qışı yaşayış üçün heç də yaralı olmayan ağır şəraitdə keçirtdilər. Ümid edirəm ki, hamıdan daha çox qaçqın və köçkünlərə qucaq açıb sığınacaq verən indi isə özlərinin yaşayış yerləri dağıdılan tərtərlilər növbəti qışı rahat, isti evlərdə qarşılayacaqlar.

…Pandemiya dövründə aqrar sektorda yaranmış reallığa adekvat addımlar atılması nəticəsində ilin quraqlıq keçməsinə baxmayaraq 2%-lik artım və bir sıra sahələr üzrə yüksək məhsuldarlığın əldə edilməsiylə yadda qaldı ki, onlardan biri də pambıqçılıqdır. Əlbəttə, əməktutumlu və strateji sahələrdən biri olan pambıqçılığa diqqətin artması, məhsuldarlığın sovet dönəmindəki ən yüksək göstəricilərdən daha yuxarı olması, hektardan 33,5 sentner məhsul əldə edilməsi yaxşı haldır. Ancaq bu sahə dotasiya hesabına ayaqda durur və bizim məhsulun keyfiyyətində müəyyən problemlər mövcuddur, tezliklə aradan qaldırılmasa, ona alıcı tapmaq daha da çətinləşəcək ki, bu məsələ diqqət mərkəzində saxlanılsa pis olmazdı. Ümumiyyətlə, həm su qıtlığı, həm də digər səbəblərdən məhsuldarlığın az olduğu rayonlarda pambıqçılıqdansa kənd təsərrüfatının digər sahələri inkişaf etdirilsə, daha yaxşı olmazdımı?

…Koronavirus pandemiyasıyla bağlı mübarizə tədbirləri üçün ayrılan vəsait bütvövlükdə ÜMD-nin 2,7%-ini təşkil edir və bu da yetərincə böyük rəqəmdir. Pandemiya ilində sosial yardımdan faydalanların 2019-cu ildəkindən 19 min nəfər çox olması ödənişin həçmindəki 15 faizlik artım, əsassız pensiya, saxta əlillik işlərinin və digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manata qənaət edilməsi alqışlanmalıdır, amma sosial müavinətlə təminata haqq edən, onu ala bilməyən, əllilik dərəcələrinin vaxtında qiymətləndirlməsiylə bağlı problemlər yaşayan isnalarımız da az deyil.

İkinci Qarabağ savaşında yaralanan qazilərizimizdən də əlillik dərcələrinin müəyyənləşdirilməsiylə bağlı ardıcıl şikayətlər gəlir ki, onların da çoxu heç də əsassız deyil. Ümid edirəm ki, bu qəbildən olan bütün çatışmazlıqlar cari ildə aradan tam qaldırılacaq. Bununla yanaşı təəssüflə deməliyik ki, dövlət şirkətlərinin ötən il yenə dotasiyasız keçinməyiblər. Bu isə o deməkdir ki, onların demək olar ki, heç biri çağdaş dövrün tələblərinə uyğun iş qura bilməyib. Bunu fevralın 26-da keçirdiyi mətbuat konfransında cənab Prezident də vurğuladı. Ümid edirik ki, yeni yaradılan “Azərbaycan İnvestisiya Holdinqi” dövlət şirkətlərinin işindəki bütün çatışmazlıqları qısa bir zamada aradan qaldıracaq, orada idarəçilik sistemi təmilləşdirləcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili qazlaşdırma və internet problemindən-ŞİKAYƏTLƏNDİ VƏ DÖVLƏT QURUMLARINA ÇAĞIRIŞ ETDİ

Read Next

“Hansı tərəfə baxsan gözəllik, yaşıllıq. Bura Azərbaycan torpağıdır, Qarabağ torpağıdır…”-İlham Əliyevlə Mehriban Əliyeva yenidən – ŞUŞADA – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir