Sosial şəbəkələrdən istifadə edən hərbçilər ordudan-UZAQLAŞDIRILDI

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, adları qeyd olunan hərbi qulluqçular adıçəkilən nazirliyin rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb:

“Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək”.

Etikxeber.az

Read Previous

Rusiya ordusunun daha bir silah anbarı məhv edildi-XERSONDA

Read Next

Peşəkar hərbçi, Gizir, ailənin tək oğlu, 8 medallı, nəşi 25 gündən sonra torpağa tapşırılan, iki övladı Vətənə əmanət qalan-ŞƏHİD ETİBAR TEYYUB OĞLU CƏFƏROV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir