Sovetlər dövründə Azərbaycana rəhbərlik edənlər: ruslar, gürcülər, ermənilər, yəhudilər-AZƏRBAYCANILAR-AXUNDOVLAR, BAĞIROVLAR, HÜSEYNOV, YAQUBOV, MUSTAFAYEV, ƏLİYEV, VƏZİROV, MÜTƏLLİBOV…

Məlum olduğu kimi, 90 il öncə, 1920-ci ilin 28 aprel tarixində ilk dəfə müstəqilliyini qazanan Azərbaycan dövləti-Azərbaycan Xalq Cümhuriyyəti (AXC) süquta uğradıldı, Azərbaycan işğalçı 11-ci Qızıl ordu, Sovetlər-bolşeviklər-ruslar tərəfindən işğal-ilhaq edildi, Azərbaycanın müstəqilliyinə son qoyuldu.

Azərbaycan xalqı və Azərbaycan Sovet Sosialist Respublikası (ASSR) 71 il Sovet imperiyasının tərkibində mövcudluğunu davam etdirdi, Kremldən, keçmiş Mərkəzdən idarə olundu.

Bəs görəsən, Azərbaycana, Azərbaycan kommunistlərinə (bolşeviklərinə), Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinə (AKP MK) 71 il ərzində, xüsusilə, ağır və məşəqqətli 20-30-cu illərdə, kimlər rəhbərlik etdilər, ediblər?

Etikxeber.az-ın xəbərinə görə, işğal günündən-28 aprel tarixindən Azərbaycana ilk olaraq bolşevik-kommunist Mirzə Davud Hüseynov “rəhbərlik” etsə də, onun dövrü çox çəkmədi.

O, çox qısa müddətdən sonra milliyyətcə gürcü olan Viktor Naneyşvili ilə əvəzləndi.

1920-ci ilin 23 iyulunda Azərbaycana “rəhbər” təyin edilən Viktor Naneyşvili də cəmi bir ay yarımdan sonra, 1920-ci ilin sentyabrın 9-da Yelena Stasova adlı birisi ilə əvəzləndi və cəmi 6 gün “birinci” oldu.

O, 1920-ci ilin 15 sentyabr tarixində yenə Azərbaycana və Azərbaycan xalqına aidiyyatı olmayan-milliyyətçə gürcü olan Vladimir Dumbadze ilə əvəz olundu.

O da cəmi bir ay 9 gündən sonra milliyyətcə rus olan Qriqori Kaminski ilə əvəzləndi və sonuncu şəxs də 1920-ci ilin oktyabrın 24-dən 1921-ci ilin iyulun 24-cən Azərbaycana “rəhbərlik” etdi.

Sonra Azərbaycana, Azərbaycana kommunistlərinə qəddarlığı ilə seçilən Sergey Mironoviç Kirov rəhbərlik etdi və bu vəzifəsində 4 il, 1925-ci ilin 5 yanvarınacan, işlədi.

28 aprel ilhaqından-5 ildən sonra Azərbaycana milliyyətcə azərbaycanlı-Ruhulla Axundov “rəhbər” təyin olundu və onun da hakimiyyət ömrü uzun çəknmədi, cəmi bir il 16 gündən sonra onu başqası, qəddarlığı və amansızlığı ilə ad çıxramış, AXC-nin süqutunda, Azərbaycanın işğalında “fəal” rolu olmuş daşnak-bolşevik, millyyətcə erməni olan Levon Mirzoyan ilə əvəz etdilər.

Mirzoyanın 3 illik “rəhbərliyi” dövründə, 1926-1929-cu illər ərzində Azərbaycana xalqı qarşı böyük təqiblərə, itkilərə məruz qaldı, Azərbaycan ziyalılarının məhvinə qəddar Mirzoyanın özü birbaşa başçılıq etdi.

1929-cu ilin 11 iyulunda onu yenə başqa millətdən olan Nikolay Çikalo ilə əvəz etdilər və o, vəzifəsində 1930-cu ilin 5 avqustunacan işlədi.

1930-ci ilin avqustin 5-də Çikalo Vladimir Polonski ilə əvəzləndi və o, 1933-cü ilin 7 fevralınacan Azərbaycan kommunistlərinə rəhbərlik etdi.

1933-cü ilin 7 fevralından 10 dekabrınacan isə Azərbaycana Ruben Rubenov adlı birisi “rəhbərlik” etdi.

1933-cü ilin dekabrın 10-da isə Azərbaycana əslən Qubadan və ağır seyid nəslindən olan Mir Cəfər Bağırov rəhbər təyin edildi.

Yaddaşlarda, əbədiyyat nümunənlərində Mirqəzəb, Mircəllad və bəzən də rüşvətə bulaşmayan təmiz şəxs kimi qalan Mir Cəfər Baöırov nə az-nə çox düz 20 il (1953-cü ilin 6 aprelinəcən) Azərbaycana rəhbərlik etdi.

Həmin dövrdə nələrin baş verdiyi, yaşandığı isə Azərbaycan xalqına yaxşı məlumdur…

1953-cü ilin 6 aprelində vəzifəsindən kənarlaşdırılan və sonradan ölüm hökmünə məhkum edilən Bağırovu müvəqqəti olaraq, Mir Teymur Yaqubov əvəzlədi. O, vəzifəsini 1959-cu ilin 17 fevralınacan icra etdi.

1959-cu ilin 17 fevralında isə Azərbaycana tanınmış alim-akademik, həm də görkəmli partiya-sovet xadimi-əslən Qax rayonundan İmam Mustafayev birinci katib təyin edildi.

İmam Mustafayevin dövrü Azərbaycan xalqının inkişafı, intibahı, Bakı şəhərinin milliləşdirilməsi, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi ilə və digər tarixi hadisələrlə yadda qaldı.

Azərbaycanda milli ruhun güclənməsindən qorxan Sovet, Sov.İKP rəhbərliyi cəmi 5 ildən sonra onu, həmçinin, Ali Sovetin Rəyasət Heyətinin sədri, tanınmış yazıçı, Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimovu və Nazirlər Sovetinin sədri (Azad Rəhimovun babası) Sadıq Rəhimovu dalbadal vəzifələrindən kənarlaşdırdı.

10 iyul 1959-cu ildə İmam Mustafayev əslən bakılı-Saray kəndindən olan tanınmış həkim-akademik Vəli Axundovla əvəzləndi.

Vəli Axundov da vəzifəsində düz 10 il işlədi.

Onun hakimiyyəti dövründə Azərbaycanda sovetlər tərəfindən yasaq edilmiş Novruz (Bahar) bayramı ilk dəfə olaraq dövlət səviyyəsində qeyd edildi.

Bu məsələdə mərhum-tanınmış yazıçı (həm də Azərbaycan KP MK-nın ideologiya katibi) Şıxəli Qurbanovla yanaşı, Vəli Axundovun da müstəsna xidmətləri olmuşdu.

1969-cu ilin iyulun 14-də isə Azərbaycana-Azərbaycan kommunistlərinə sovetlər dövründə keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) ilk azərbaycanlı rəhbərl olmuş-general Heydər Əlirza oğlu Əliyev rəhbər təyin edildi.

Mərhum Heydər Əliyev bu vəzifəsində düz 13 il işlədi.

1982-ci ilin sonlarında Heydər Əliyevin yüksək təşkilatçılıq və idarəçilik qabiliyyəti, nüfuzu və xarizması nəzərə alınaraq, o, daha yüksək vəzifəyə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəklidi.

Heydər Əliyevin 13 illik hakimiyyət dövrü Azərbaycanın aqrar respublikadan sənaye respublikasına çevrilməsi, Azərbaycanın güclənməsi, tərəqqisi kimi tarixə həkk olundu.

Heydər Əliyevdən sonra Azərbaycana əslən Ermənistandan olan-Azərbaycan KP MK-nın katibi, sadə və sakit təbiətli Kamran Bağırov rəhbər təyin edildi.

O, bu vəzifəsində 6 ilə yaxın işlədi, 1988-ci ildə Qarabağ hadisələrinin başlanmasından bir az sonra SSRİ-nin Hindistandakı səfiri, əslən Füzuli rayonundan olan Əbdürrrəhman Vəzirovla əvəzləndi.

Vəzirovun hakimiyyət dönəmi uzun çəkmədi.

21 may 1988-ci ildə birinci katib təyin edilən Vəzirov 1990-ci ilin 20 Yanvarıcan, 20 Yanvar hadisəsinə kimi Azərbaycana rəhbərlik etdi.

1990-ci qanlı və şanlı 20 Yanvar hadisəsindən sonra yaranmış hakimiyyət boşluğunu aradan qaldırmaq üçün SSRİ-inin ilk və sonuncu prezidenti Mixali Qorbaçov (Qarabağ hadisələrinin, Sumqayıt təxribatının, 20 Yanvarın baiskari…) Azərbaycan SSR-nin Nazirlər Sovetinin sədti işləyən, əslən şirvanlı-şamaxılı olan Ayaz Mütəlliovovu, əslən gürcüstanlı olan-MK-nın katibi Həsən Həsənovu və əslən yevlaxlı olan və yenə MK-nın katibi işləyən Telman Orucovu, həmçinin, Vəzirovun kadrlarından sayılan və o zamanlar Bakının birinci katibi işləyən sabiq təhsil naziri Müslüm Məmmədovu Moskvaya-Kremlə dəvət etdi.

Və bir neçə saatlıq gərgin müzakirələrdən sonra, 25 yanvar 1990-ci il tarixində Ayaz Mütəllibov Azərbaycan kommunistlərinin sonuncu birinci katibi təyin edildi.

Qeyd edək ki, həmin vaxt Həsən Həsənovun xalq arasında nüfuzu daha böyük olsa da, Moskva Mütəllibovla işləməyə qərar verdi.

Mütəllibov isə SSRİ dağılandan bir az sonraya kimi, 1991-ci ilin 14 sentyabr tarixinə qədər AKP MK-nın birinci katibi işlədi. Həmin gün AKP rəsmən buraxıldı.

Onu da qeyd edək ki, Mütəllibov 1990-ci ilin yazında, 11-ci çağırış Ali Sovetdə Azərbaycanın ilk Prezidenti seçildi.

Həmçinin, Azərbaycan müstəqillik əldə etdikdən qısa müddət sonra,1991-ci ilin 8 sentyabrında müxalifətin iştirak və qəbul etmədiyi seçkilərdə iştirak etdi və Prezident seçildi.

Həmin vaxt ona Qrup kimi fəaliyyət göstərən Azərbaycan sosial-demokratlarının əsas simalarından (ASDP) olan Zərdüşt Əlizadə opponentlik-rəqiblik etdi…

Azərbaycan SSR Kommunist Partiyası Rəyasət Heyətinin sədri

SədrSəlahiyyət müddətiPartiyaHökümətİst.
PortretAdıSəlahiyyətlərin başlanğıcıSəlahiyyətlərin sonuGünlər
3Mirzə Davud Hüseynov
(1894–1938)
28 aprel 192023 iyul 192086Kommunist
(Bolşevik)
Hüseynov I[3]
Böyük Təmizlik zamanı həbs olunmuş, Sovet dövlətinə qarşı olduğuna ittiham edilmiş, ölüm hökmünə məhkum edilmiş və güllələnmişdir.
4Viktor Naneyşvili
(1878–1940)
23 iyul 19209 sentyabr 192048Kommunist
(Bolşevik)
Naneyşvili I[4]
Böyük Təmizlik zamanı həbs olunmuş, Sovet dövlətinə qarşı olduğuna ittiham edilmiş, ölüm hökmünə məhkum edilmiş və güllələnmişdir.
5Yelena Stasova
(1873–1966)
9 sentyabr 192015 sentyabr 19206Kommunist
(Bolşevik)
Stasova I[5]
Azərbaycan tarixində ən qısa müddətli hökumət başçısı olmuşdur.
6Vladimir Dumbadze
(1879–1934)
15 sentyabr 192024 noyabr 192070Kommunist
(Bolşevik)
Dumbadze I[6]
Böyük Təmizlik zamanı həbs olunmuş və Krıma sürgün edilmişdir.

Azərbaycan SSR Kommunist Partiyasının icraçı katibi

KatibSəlahiyyət müddətiPartiyaHökümətİst.
PortretAdıSəlahiyyətlərin başlanğıcıSəlahiyyətlərin sonuGünlər
7Qriqori Kaminski
(1895–1938)
24 oktyabr 192024 iyul 1921273Kommunist
(Bolşevik)
Kaminski I[7]
Böyük Təmizlik zamanı həbs olunmuş, Sovet dövlətinə qarşı olduğuna ittiham edilmiş və ölüm hökmünə məhkum edilmişdir.

Azərbaycan Kommunist Partiyası MK rəhbərləri

Birinci katibSəlahiyyət müddətiPartiyaHökümətİst.
PortretAdıSəlahiyyətlərin başlanğıcıSəlahiyyətlərin sonuGünlər
8Sergey Kirov
(1886–1934)
24 iyul 19215 yanvar 1925168Kommunist
(Bolşevik)
Kirov I[8]
Şuşada erməni muxtariyyatını qurmağı cəhd etmişdir; Onun dəstəyi ilə Xankəndinin adı dəyişdirilərək Stepanakert olmuşdur; Bakı neftini Rusiya SFSR-nə çatdırmaqda mühüm rol oynamışdır.
9Ruhulla Axundov
(1897–1938)
5 yanvar 192521 yanvar 1926366Kommunist
(Bolşevik)
Axundov I[9]
Böyük Təmizlik zamanı həbs olunmuş, Sovet dövlətinə qarşı olduğuna ittiham edilmiş, ölüm hökmünə məhkum edilmiş və güllələnmişdir.
10Levon Mirzoyan
(1897–1939)
21 yanvar 192611 iyul 19291267Kommunist
(Bolşevik)
Mirzoyan I[10]
Azərbaycanlı ziyalıların repressiyaya məruz qalmasına qol çəkib.
11Nikolay Gikalo
(1897–1938)
11 iyul 19295 avqust 1930390Kommunist
(Bolşevik)
Gikalo I[11]
Böyük Təmizlik zamanı həbs olunmuş, Sovet dövlətinə qarşı olduğuna ittiham edilmiş, ölüm hökmünə məhkum edilmiş və güllələnmişdir.
12Vladimir Polonski
(1893–1937)
5 avqust 19307 fevral 1933917Kommunist
(Bolşevik)
Polonski I[12]
Böyük Təmizlik zamanı həbs olunmuş, Sovet dövlətinə qarşı olduğuna ittiham edilmiş, ölüm hökmünə məhkum edilmiş və güllələnmişdir.
13Ruben Rubenov
(1894–1937)
7 fevral 193310 dekabr 1933306Kommunist
(Bolşevik)
Rubenov I[13]
Böyük Təmizlik zamanı həbs olunmuş, Sovet dövlətinə qarşı olduğuna ittiham edilmiş, ölüm hökmünə məhkum edilmiş və güllələnmişdir.
14Mir Cəfər Bağırov
(1896–1956)
10 dekabr 19336 aprel 19537057Kommunist
Bağırov I[14]
Bağırovun fəaliyyəti nəticəsində Bakı neft sənayesinin hərtərəfli inkişafı ilə yanaşı, başqa sənaye sahələri də inkişaf etmiş və tikinti işləri sürətlə aparılmışdır; Onun dövründə 100 minə yaxın azərbaycanlı Stalin repressiyasına məruz qalmışdır; 19411945-ci illər Böyük Vətən müharibəsi zamanı Bağırov faşist işğalçılarına qarşı mübarizəyə Azərbaycan fəhlələrini, kəndlilərini və ziyalılarını var qüvvəsi ilə səfərbər etmişdir.
15Mir Teymur Yaqubov
(1904–1970)
6 aprel 195317 fevral 1954317Kommunist
Yaqubov I[15]
Azərbaycan KP MK-nın bürosunda “Azərbaycan SSR tərkibindəki Bakı və Gəncə vilayətlərinin ləğv edilməsi haqqında” qərar qəbul etmişdir.
16İmam Mustafayev
(1910–1997)
17 fevral 195410 iyul 19591969Kommunist
Mustafayev I
Azərbaycan dilini Azərbaycan SSR-in rəsmi dili kimi bərpa etmişdir.
17Vəli Axundov
(1916–1986)
10 iyul 195914 iyul 19693657Kommunist
Axundov I[16]
1965-ci ildə Ermənistanın Dağlıq Qarabağ Muxtar Vilayəti iddiaları Axundovun siyasəti nəticəsində uğursuzluğa düçar olmuşdur.
18Heydər Əliyev
(1923–2003)
14 iyul 19693 dekabr 19824890Kommunist
H.Əliyev I[17]
Müvəqqəti olaraq Azərbaycanda iqtisadi şəraiti yaxşılaşmışdır.
19Kamran Bağırov
(1933–2000)
3 dekabr 198221 may 19881996Kommunist
Bağırov I[18]
Azərbaycanda iqtisadi şəraitin pisləşməsinə görə Bağırov güclü tənqid olunmuşdur.
20Əbdürrəhman Vəzirov
(1930–)
21 may 198825 yanvar 1990614Kommunist
Vəzirov I[19]
Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatının qarşısını almaqda aciz olmuş, Sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının qarşısını ala bilməmişdir.
21Ayaz Mütəllibov
(1938–)
25 yanvar 199014 sentyabr 1991597Kommunist
Mütəllibov I[20]
Qara Yanvar.

Etikxeber.az

Read Previous

Od çərşənbəsidir-BU GÜN

Read Next

Netanyahu yenidən-QƏLƏBƏ QAZANDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir