“SOYADA SƏDAQƏT” – Rafael Hüseynovun yazısı

Atası Bəhram Mansurov Azərbaycanın ən məşhur və müqtədir sənətkarlarından ola-ola istəmirdi balaları taleyini musiqiylə bağlasın.

Zahirən təəccüb də oyada bilər ki, özünün ata-babası musiqiylə bağlı olmuş Bəhram ustad niyə istəmirdi ki, evində tar səsi eşidə-eşidə böyüyən balası Eldar musiqiçi olsun. Səbəbsiz deyildi və niyəsini rəhmətlik Bəhram müəllim özü mənə söyləmişdi. Çünki bu sahənin nə qədər çətin, enişli-yoxuşlu olduğunu uzun ömrü boyu sevincləri və ağrularılyla il-il, ay-ay gün-gün yaşamışdı.

Qıymırdı ki, ciyərparasının da qisməti bu sınaqıları əskik olmayan bir tərfdən xoşbəxt, o biri yandan qayğılı yol olsun. Amma oldu. Taledən, damarlarından axan qanın hökmündən qaçmaq mümkünsüzdür.

Və Eldar Mansurov bəstəkarlığı seçdi. Elə ilk gəncliyindən imzasını da təsdiq eyməyi bacardı. Şanlı soyadının kölgəsində gizlənmədi, nəslinin, şəcərəsinin ad-sanına yeni başucalığına çevrildi.

Artıq neçə illərdir Bəhram müəllim həyatda yoxdur. Lakin elə sağlığında artıq Eldarın Azərbaycanın sayılan bəstəkarları cərgəsində olmasını görüb iftixar etməyə də ömür möhləti çatdı.

Lakin hər halda tez getdi, Eldarın Xalq artisti adına layiq görüldüyü günün sonsuz fərəhini yaşamağa macal tapmadı…

Rafael HÜSEYNOV,

Akademik

Gununsesi.info

Read Previous

Çempionlar Liqasının “Dördlər finalı”na İtaliya ev sahibliyi edəcək

Read Next

Məhəmməd Babanlıya Gəncə Dövlət Universitetinin “Fəxri doktoru” adı verildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir