Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə S. Soylu öz sosial şəbəkə hesabında açıqlama ilə çıxış edib..
Bildirib ki, bu həftənin sonu – 11, 12 aprel tarixlərində Türkiyənin 31 şəhərində komendant saatının (48 saatlıq) tətbiq olunması birbaşa onun göstərişi olub.
“Pandemiyanın qarşısının alınması üçün həftəsonu küçəyə çıxmaq qadağası bütünlükdə mənim şəxsimə aiddir. Başlanğıcda məhdud saatlarda ortaya çıxan görüntülər bu mükəmməl idarə olunan prosesə uyğun gəlmədi. Xoş niyyətli, həftəsonu infeksiyanın yayılmasını dayandırmaq üçün atılan bir addım idi. Heç vaxt zərər vermək istəmədiyim əziz millətimiz, ömrümün sonuna qədər sadiq qalacağım əziz Prezidentim məni bağışlasın… Mən şərəflə icra etdiyim Daxili İşlər Nazirliyindən ayrılıram, Allah millətimizi qorusun” – deyə, o, açıqlamasında sonra qeyd edib.
Qeyd edək ki, 10 apreldə komendant saatının tətbiqindən 2 saat öncə elan edilməsi 31 şəhər əhalisi arasında böyük təşviş yaradıb və insanlar ərzaq almaq üçün marketlərə axışıb, mütəxəssislər həmin ərəfədə xəstəliyin daha çox yayıla biləcəyini proqnozlaşdırıblar və bu, sosial mediada çox narazılıq yaradıb.
“Ana müxalifət” partiyasının-ÇXP-nin genəl başqanı Kamal Kılıçdaroğlu isə Soylunun istefasını anlayışla qarşıladığını bildirib.
Qeyd edib ki, Soylu bu qərarı tək, özbaşına verməyib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “qurtarmaq” üçün istefaya gedib.


***
23:39
“İYİ Parti”nin genəl başqanı Meral Akşənər isə “Hörmətli Süleyman Soyluya göstərmiş olduğu qətiyyətli davranış səbəbi ilə təşəkkür edirəm. Eyni qətiyyəti bacarıqsızlıqları bir nömrə marka halına gəlmiş “Kürəkən”dən və tarım nazirindən də gözləyirəm”-deyib.


Etikxeber.az





