“Söz verdiyim kimi, seçicilərimin problemlərilə yaxından maraqlanmağa davam edəcəm və bunu özümə borc bilirəm”-FATMA YILDIRIM NÖVBƏTİ QƏBUL KEÇİRDİ, “TƏBƏSSÜM YARAT” AKSİYASINA QATILDI… – FOTOLAR – YENİLƏNİB

Ölkəmizdə pandemiya ilə bağlı təmsil etdiyim Bərdə rayonunda sərt karantin rejimi yumşaldıqdan sonra seçicilərimlə doğma Bərdədə görüşməyə qərar verdim. Pandemiya səbəbindən görüşlərimiz onlayn şəkildə davam etsə də, müəyyən məsələlərlə yerində maraqlanmağı arzulayırdıq.12.09.2020-ci il tarixində doğma Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə görüşümüz baş tutdu.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Fatma Yıldırım deyib.

Qeyd edib ki, qəbul zamanı vətəndaşlarla tək-tək görüşüb, problemlərini dinləyib, müraciətləri qeydə alıblar.

“Ümumilikdə görüşümüz çox səmərəli keçdi və vətəndaşlar tərəfindən qaldırılan məsələlər mütləq müvafiq icra orqanlarına yönəldiləcəkdir.Əziz bərdəlilər! Söz verdiyimiz kimi, sizin problemlərinizlə yaxından maraqlanmağa davam edəcəyik və bunu özümüzə borc bilirik. Qanun çərçivəsində və deputat səlahiyyətlərim daxilində bu problemlərin həllinə nail olmaq üçün var gücümüzlə çalışacağıq. Qeyd edim ki, Bərdə səfərimiz zamanı həyata keçirilən görüşlər, ziyarətlər barədə sizlərə məlumat verməyə davam edəcəyik”-deyə, o, əlavə edib.

***

Deputatdan “Təbəssüm yarat” xeyriyyə aksiyasına dəstək…

” Əziz dostlar, hörmətli Bərdə sakinləri! Bir müddət öncə doğma Bərdəmizdə fəal və təşəbbüskar gənclər tərəfindən “Təbəssüm yarat” adlı xeyriyyə aksiyasına start verildiyini qeyd etmişdik. Sevindirici haldır ki, aksiya uğurla davam edir və çoxsaylı ailələrin, uşaqların sevindirilməsi prosesi ardıcıl xarakter daşıyır”.

Bunu isə millət vəkili sosial şəbəkə paylaşımında qeyd edib.

O, sonra qeyd edib.

“Bu gün biz də bir sıra mağazalarda quraşdırılmış xeyriyyə qutularına məktəb ləvazimatları yerləşdirməklə aksiyaya öz dəstəyimizi göstərdik. Bir daha xeyirxahlıq missiyasına əsaslanan fəaliyyətə görə minnətdarlığımızı bildirir, cəmiyyətdə həmrəyliyin gücləndirilməsi işinə töhfə olan bu yenilikçi aksiyanın təşkilatçılarına uğurlar arzulayırıq!”

Etikxeber.az

Read Previous

YAP ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətə, beynəlxalq siyasi partiya təşkilatlarına və tərəfdaş siyasi partiyalara-MÜRACİƏT ÜNVANLADI

Read Next

Bakının işğaldan azad olunmasının, “Azərbaycan” qəzetinin yaranmasının – 102 İLİ TAMAM OLUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir