Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin (referendum) başlandığı səhər saatlarından 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində də fəallıq müşahidə olunurdu.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.
Məntəqədə 1203 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.
Etikxeber.az